Home Manşet Tokio-2020-də medal qazanmış Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib

Tokio-2020-də medal qazanmış Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib

188
0
SHARE

Bakı. Trend:

Prezident İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilir:

ikinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat;

üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.