Home Gündəm Ermənistan sərhədlərin müəyyən edilməsində qeyri-konstruktiv mövqedən əl çəkməlidir – Deputat

Ermənistan sərhədlərin müəyyən edilməsində qeyri-konstruktiv mövqedən əl çəkməlidir – Deputat

253
0
SHARE

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistan son vaxtlar müxtəlif təxribatlarla sərhədlərin delimitasiya və demarkasiyasına süni əngəllər törətməyə davam edirlər. Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyasında qeyri-konstruktiv mövqedən əl çəkməlidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində öz qələbəsini təmin etdi:

“Beynəlxalq hüquq çərçivəsində Azərbaycanın sərhədləri də müəyyənləşməlidir. Bu sərhədlər Azərbaycanın həm keçmiş sovet dönəmində müəyyən edilən, həm də BMT tərəfindən tanınan və beynəlxalq sənədlərdə təsbit olunan sərhədləridir.

Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə sərhəd məsələsində də təxribatlara əl atıb və beynəlxalq səviyyədə tanınan Azərbaycan sərhədlərini qanunsuz olaraq pozmaqla Azərbaycanın ərazisi hesabına öz sərhədlərini irəli çəkib. Əlbəttə bu yolverilməzdir. Azərbaycan sərhədləri beynəlxalq hüquq çərçivəsində müəyyənləşib və ona görə də Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanımalı və sərhədlərin delimitasiya və demarkasiyasına süni əngəllər törətməməlidir.

Bu gün Ermənistan rəzil və acınacaqlı durumdadır. Ermənistanın yeganə çıxış yolu isə Azərbaycanın qanuni sərhədlərindən geri çəkilərək əməkdaşlıq etməkdir. Əks halda Ermənistanı daha acınacaqlı vəziyyət gözləyir”.

Twitter: @ElchinMehdiyev