Home Gündəm Politoloq Şəbnəm Həsənova Real TV-ə müsahibə verib

Politoloq Şəbnəm Həsənova Real TV-ə müsahibə verib

48
0
SHARE

Ermənistan Sərhəddə davamlı təxribatlar törədir, mövqelərimizi atəşə tutur, sərhədyanı ərazilərdə yaşayan mülki şəxslərin həyatı üçün təhlükə yaradır, 10 noyabr tarixli bəyanatla üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozur. Ermənistanda yeni formalaşdırılan hökumətdən gələcəyə doğru addımların atılmasının gözlənildiyi halda, yeni Müdafiə naziri Karapetyan bildirir ki, əgər Ermənistan-Azərbaycan sərhədində vəziyyət sülh yolu ilə həll olunmasa, “Yerevan güc tətbiq etmək hüququnu özündə saxlayır”. Ermənistan, elə Müdafiə naziri olmamışdan öncə də 2016-cı ildə aprel döyüşləri zamanı Kəşfiyyat İdarəsinin rəisi olan Karapetyanın özü Vətən müharibəsi zamanı aldıqları zərbəni unutmasınlar. Bölgədə vəziyyəti gərginləşdirən, təxribat törədən Ermənistandır. İkincisi, Azərbaycan Ermənistanın bu təxribatlara son qoymalı olduğunu bildirərək, qalib tərəf olaraq Ermənistana sülh də təklif edib. Üçüncüsü, söhbət gücdən gedirsə o zaman hərbi və siyasi güc üstünlüyünə malik tərəf Azərbaycandır. Sərhəddə mövqelərimiz bərpa edilib və daha da möhkəmləndirilir. Ermənistan ordusu isə Baş Qərargah səviyyəsində tam məhv edilib. Ermənistan bunların hamısını anlamalı və nəzərə almalıdır. Bütün bunların fonunda Nikol Paşinyan İlham Əliyevlə görüşməyə hazır olduğunu bildirir və onu da qeyd edir ki, Ermənistan ATƏT-in Minsk qrupundan konkret təkliflər gözləyir. ATƏT-in Minsk qrupununun siyasi təsisat kimi yaradılmasının səbəbi və məqsədi münaqişənin həll olunması idisə, münaqişə başa çatıb. O zaman ATƏT-in Minsk qrupunu yenidən cəlb etməyin mənası yoxdur, çünki həll olunmalı münaqişə yoxdur. Azərbaycan tərəfi konstruktiv mövqe sərgiləyərək Ermənistana təklif edir ki, delimitasiya və demarkasiya məsələləri həll olunsun, ərazi bütövlüyümüz tanınsın və böyük sülh sazişi imzalansın. Ermənistan diqtə ilə hansısa dairələrin maraqlarını, ya yarımçıq qalan arzularını təmin etməyə son qoymalıdır. Ermənistanın gələcək perspektivləri və bütövlükdə regionun inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi nəticəsində formalaşdırılan yeni geosiyasi reallıqla barışmaqdan keçir.