Home Gündəm Bundesliqa: “Bavariya” “Borusiya” ilə heç-heçə etdi

Bundesliqa: “Bavariya” “Borusiya” ilə heç-heçə etdi

38
0
SHARE

Bakı. Trend:

Futbol üzrə Almaniya Çempionatının ilk turunun oyununda Münhen “Bavariya”sı Mönhenqladbaxdan olan”Borussia” komandası ilə heç-heçə oynayıb.

Trend-in məlumatına görə, Mönhenqladbaxda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Qolları “Borussiya” tərəfdən Alassan Plea (10-cu dəqiqə), “Bavariyadan” isə Robert Levandovski (42) vurublar.

Avqustun 22-də keçiriləcək ikinci turda “Bavariya” “Köln”ü qəbul edəcək. “Borussiya” bir gün əvvəl “Bayer”lə səfərdə qarşılaşacaq.