Home Cəmiyyət İlk dozadan 6 həftə sonra koronavirusdan qorunaqlı hala gəlirik – Fərrux Sədirov

İlk dozadan 6 həftə sonra koronavirusdan qorunaqlı hala gəlirik – Fərrux Sədirov

261
0
SHARE

Bakı. Çingiz Səfərli – Trend:

Natamam vaksinasiya yoluxma sayının artmasının səbəblərindən biridir.

Trend xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Fərrux Sədirov deyib. Onun sözlərinə görə, bəzi vətəndaşlar birinci doza vaksindən sonra ehtiyat tədbirlərini nisbətən yumşaldırlar, bu da yoluxmaların artmasına gətirib çıxarır:

“Xüsusilə qeyd etmək istəyirəm ki, birinci doza vaksinasiyadan sonra qoruyuculuq praktiki olaraq yoxdur. İkinci doza vaksin vurdurulandan iki həftə keçdikdən sonra orqanizmimiz virusa qarşı antitel istehsal etməyə başlayır. Bundan sonra koronavirusdan qorunaqlı hala gəlirik. Yəni, qısası ilk dozadan 6 həftə keçmədiyi müddətcə biz hər an koronavirusa yoluxma təhlükəsi altındayıq. Bu müddət ərzində virusa yoluxanların sayı az deyil. Birinci dozanın vurulması insanlarda arxayınlıq yaradır, lazımi tədbirlər görülmür və bu da kütləvi yoluxmalara gətirib çıxarır”.

Twitter:@cingizsafarli