Home Gündəm Yaxın perspektivdə Mərkəzi Asiya-Cənubi Qafqaz regionlararası platformanın yaradılması nəzərdən keçirilir

Yaxın perspektivdə Mərkəzi Asiya-Cənubi Qafqaz regionlararası platformanın yaradılması nəzərdən keçirilir

269
0
SHARE

Bakı. Trend:

Yaxın perspektivdə “Mərkəzi Asiya-Cənubi Qafqaz (5+3)” regionlararası platformanın yaradılması müzakirə edilib.

Trend-in məlumatına görə, məsələ Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovla bu ölkənin xarici işlər naziri Ruslan Kazakbayev arasında görüş zamanı nəzərdən keçirilib.

Tərəflər iki dövət arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmənməsi üzrə Qırğızıstan tərəfinin səylərini, dövlət başçıları səviyyəsində Dövlətlərarası Şuranın yaradılmasını da müzakirə ediblər.

Səfir bildirib ki, Azərbaycan Qırğızıstanın bütün təşəbbüslərini dəstəkləyir. Bundan başqa, tərəflər 2021-ci ilin payızında ölkələr arasında ticari-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçirilməsinə hazır oduqlarını bildiriblər.

Qırğız nazir 40 min doza “AstraZeneca” vaksinini humanitar yardım qismində göndərdiyinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.