Home Gündəm Sədaqət Vəliyeva: Müzəffər Ali Baş Komandanın Kəlbəcər və Laçın səfəri tarixi hadisədir

Sədaqət Vəliyeva: Müzəffər Ali Baş Komandanın Kəlbəcər və Laçın səfəri tarixi hadisədir

186
0
SHARE

Laçın və Kəlbəcər rayonları strateji bölgələr hesab edilirlər. Bu rayonlar 1992-1993-cü illərdə AXC-Müsavat hakimiyyətinin xəyanəti nəticəsində Ermənistan tərəfindən işğal edilmişdi. Bununla da Ermənistanla Qarabağ arasında quru əlaqəsi yaranmışdı. Bu da Azərbaycanın digər rayonlarının işğalına şərait yaratmışdı. Lakin 2020-ci ildə hər iki rayonun müəyyən hissəsi rəşadətli ordumuz tərəfindən azad olunduqdan sonra Prezident İlham Əliyevin diplomatik səyləri ilə bir güllə atılmadan tamamilə düşmən işğalından xilas olundular. Səfər zamanı çəkilmiş kadrlardan da görürük ki, hər iki rayonun yolları, relyefi necə sərt çətindir. Qış aylarında orada hərbi əməliyyatlar aparmaq həqiqətən də böyük itkilərə səbəb ola bilərdi. Bu baxımdan Prezident İlham Əliyevin bir güllə atmadan hər iki rayonu düşmən işğalından azad etməsi möhtəşəm zəfərin nişanəsidir. Məhz, bu mənada Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri tarixi hadisə hesab edilməlidir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin göstərişi ilə işğaldan azad olunmuş digər rayonlar kimi Kəlbəcər və Laçın da bərpa olunur, cənnətə çevrilir: “Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın səfər çərçivəsində Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməliniqoyması, tamamilə yenidən qurulan Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası ilə tanış olması, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etməsi, uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, Laçın Beynəlxalq Hava Limanının təməlini qoyması bir daha Qarabağ və Şərqi Zəngəzurun cənnətə çevrilməsi prosesinin sürətlə reallaşdırıldığını isbat edir və Azərbaycan hakimiyyətinin iradəsini nümayiş etdirir.

“Qarabağ, Şərqi Zəngəzur bölgələri, eləcə də Kəlbəcər, Laçın rayonları barədə həqiqətləri bütün cəmiyyətimiz, xüsusilə də gənclərimiz bilməlidir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Azərbaycan Ordusu və müzəffər Ali Baş Komandan Kəlbəcər və Laçın kimi digər rayonları da işğaldan azad etməklə zəfər, qələbə tarixi yazdılar: “Azərbaycan illərdir silahlanan işğalçı Ermənistanı məğlub etdi. İllərdir özləri haqqında mif formalaşdırmış düşmən ordusunu, Köçaryanı, Sarkisyanı, Ohanyanı rəzil vəziyyətinə saldı. Azərbaycan erməni vəhşiliyini, faşizmini də məhv etdi. İllərdir ədalətin təmin olunmasına mane olan Ermənistan havadarlarınının təzyiqlərinə baxmayaraq, BMT TŞ qətnamələrini dəyata keçirdi. Eyni zamanda, təxminən 30 il öncə torpaqlarımızı satmış AXC-Müsavat cütlüyünün vurduğu milli zərər, qeyrət ləkəsi təmizləndi. Hər bir azərbaycanlı bilməlidir ki, satqın və xilaskar kimlərdir. Biz tariximizi nə qədər dərindən öyrənsək, satqınlıq və xilaskarlıq tarixini nə qədər yaxşı bilsək, bir o qədər də güclü, qüdrətli olacağıq, haqqımız olanı təmin edəcəyik, hər kəsi yeni reallıqla barışmağa məcbur edəcəyik”.