17 avqust 2021-ci il tarixdə 103 saylı Gədəbəy seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının sədri Sevinc xanım Hüseynova tərəfindən növbəti dəfə deputat qərərgahında karantin rejiminin qaydalarına uyğun olaraq seçicilərin qəbulu keçirilmişdir.
Həmçinin qəbulun davamı olaraq Gədəbəy şəhərində və rayonun Daşbulaq kəndində də seçicilərlə görüş keçirilmiş və onları narahat edən məsələlərlə maraqlanılmışdır.
Qəbul və görüş zamanı seçicilərin müraciətləri dinlənilib və problemləri ilə maraqlanılıb.
Bəzi müraciətlər yerindəcə öz həllini tapıb, bəzi məsələlər isə araşdırılması və baxılması üçün aidiyyatı üzrə müvafiq orqanlara yönləndirilib.
Müraciətlər əsasən məhkəmə, sosial, elektrik və qaz təchizatı, sürətli internet xidmətinin təmin edilməsi, məşğulluq və digər məsələlər ilə bağlı olub.
Həmin görüşlərdən növbətisi avqustun 18-də Gədəbəy rayonunun Tərsyer kəndində baş tutub. Karantin rejiminin qaydalarına uyğun olaraq gerçəkləşən görüşdə seçicilərin müraciətləri dinlənilib və problemləri ilə maraqlanılıb.
Müraciətlər əsasən məşğulluq, səhiyyə, elektrik və su təchizatı ilə bağlı olub.
Eyni zamanda, Tərsyer kəndindən olan Vətən Müharibəsi qazilərinin ailələrinə də baş çəkilib, onların səhhəti və digər məsələlər ilə yaxından maraqlanılıb.
Qeyd edək ki, rayonun digər kəndlərində də seçicilərlə görüşlər davam etməkdədir.