Home Cəmiyyət YAP-dan AXCP-Müsavat cütlüyünə mesaj var – Elman Nəsirov: “Sürünmək üçün doğulanlar uça...

YAP-dan AXCP-Müsavat cütlüyünə mesaj var – Elman Nəsirov: “Sürünmək üçün doğulanlar uça bilməzlər”

385
0
SHARE

“Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş Kəlbəcər və Laçın rayonlarına tarixi əhəmiyyətli bir səfəri reallaşdı. Avqust ayının 16-da baş tutan bu səfər çox böyük siyasi məna və əhəmiyyət kəsb edir. Bu səfər bir daha göstərdi ki, ortada Azərbaycan Prezidentinin və xalqının siyasi iradəsi var”.

Bu sözləri tan.az-a özəl açıqlamasında millət vəkili Elman Nəsirov səsləndirib. Deputat hər iki rayonda görülən işlərə diqqət çəkərək bunu regionun simasını dəyişə biləcək tarixi hadisələr kimi dəyərləndirdi. O ki qaldı Prezidentin Kəlbəcərdə Azərbaycan bayrağını qaldıraraq dilə gətirdiyi tezislərə:

“Ən cəlbedici məsələlərdən biri də onunla bağlı idi ki, “biz Kəlbəcərə və Laçına qayıtdıq”. Bu rayonları isə I Qarabağ müharibəsində ermənilər işğal etmişdilər.

Bu işğalın reallaşmasında Azərbaycan Xalq Cəbhəsi və Müsavat cütlüyü xüsusi rol oynayıb. Onların hər vəchlə hakimiyyətə gəlmək ehtirası və niyyəti erməni işğalçılarının maraqlarına xidmət edib. Yəni, ilk növbədə Şuşa və Laçının erməniyə təhvil verilməsi onların hakimiyyətə gəlməsi üçün yaşıl işıq yandırdı.

Kəlbəcərin işğalında da onlar böyük məsuliyyət daşıyır. Xəyanət nəticəsində baş verən bu işğal aktı bu gün ləğv edilib. 

Məsələyə məntiqlə yanaşsaydıq, bu gün AXCP-Müsavat cütlüyü Azərbaycan Prezientinə təşəkkür etməliydi ki, onların yarıtmaz siyasətilə işğal olunan torpaqları bu gün Ali Baş Komandan geri qaytarıb.

O zamankı hakimiyyətin bugünkü daşıyıcıları, tör-töküntüləri əslində belə mövqedən çıxış etməliydilər. Amma biz bunu görmürük.

Hadisələrin gedişatını təhlil etsək, nəyin şahidiyik? Bu gün AXCP rəhbərliyi az qala Prezidenti hədəfə alıb ki; “siz niyə Laçın və Kəlbəcərə getmisiniz”?

Bu, bir daha onu göstərir ki, sürünmək üçün doğulanlar uça bilməzlər”.