Home Gündəm Bəşəri ömür-Mehriban xanım Əliyeva

Bəşəri ömür-Mehriban xanım Əliyeva

340
0
SHARE

Ömür yaşanılan illər deyil.

Ömür xalq üçün, millət üçün, dövlət üçün, dövlətçilik üçün yaşanılan aylardı, illərdi. Belə ömürlərə dəyərli ömür deyilir, xəlqi ömür də deyilməlidi. Ömür məfhumunun fəlsəfəsiylə işıq ifadəsinin fəlsəfəsi arasında ilahi bir doğmalıq var. Dəyərli ömürlər, xəlqi ömürlər bu səbəbdən işıq kimi, nur kimi, ziya kimi bəşəri ehtiramlarla əhatələnir. İşıqlı düşüncələr işıqlı fəaliyyətdi, işıqlı fəaliyyət bəşəriliyə xidmətdi; ictimaiyyət min illərdi dəyərli ömürlərdən, xəlqi ömürlərdən barınırdurulur, xoş ovqat yaşayır.

Tarixi belə ömürlər tarixləşdirir.

Mehriban xanım Əliyeva Azərbaycanda da, xarici dövlətlərdə Vətənini, xalqını, dövlətini, dövlətçiliyini bənzərsiz sevgi ilə sevən, praqmatik təfəkkürlü, islahatçı xanım lider kimi tanınır. “Heydər Əliyev Fondu”nun Prezidentidir, Azərbaycanın Birinci vitse-prezidentidir, UNESCO-nun İSESCO-nunxoşməramlı səfiridir, milli mədəniyyətimizin hamisidir.

İctimaiyyət Mehriban xanım Arif qızını belə tanıyıb, belə sevib, belə sevir. Bu sevgini tarix dan yeriçiçəklərin ləçəklərində alışan şeh bilib, xırda budaqlarda gözçəkən yarpaqları titrədən meh bilib, yazyağışından sonra göy üzünü kürmələyən qövsi-qüzeh bilib. Ona görə belə səmimidi, ona görə belə bəşəridi, yaşardı.

Xalq Mehriban xanım Arif qızı Əliyevaya inanıb, güvənib, inanır, güvənir. Xalq fəlsəfəsi, xalq düşüncə tərzi bu inamı, bu güvənci Tanrı xeyir-duası bilir. Ona görə belə ecazkardı.

Mehriban xanım Əliyeva olduqca səmimi insandır. Onun hər fikri dürüstlüyün, düzlüyün, həyati gerçəkliklərin ifadəsi kimi qəbul edilib, edilir, ediləcək . Böyük tarixi şəxsiyyət Heydər Əliyev haqqında minlərlə fikir deyilib. Mehriban xanım Əliyevanın dedikləri xarakter yetkinliyi baxımından bütün deyilənlərin fövqündədir: “Ulu öndər Heydər Əliyev müdrik, güclü, cəsarətli, nəhəng intellektə yenilməz iradəyə malik insan idi. Eyni zamanda, onun ailə üzvü olaraq demək istərdim ki, o, çox xeyirxah, mərhəmətli və humanist insan idi. Adi insanla münasibətdə o, çox sadə ədalətli idi”.

Heydər Əliyev Fondu”nun fəaliyyətinə bələd olanlar (bu fəaliyyətin şəffaflığı haqqında KİV-lərdə kifayət qədər geniş informasiyalar verilib) bilir ki, (və təqdir edir ki!) Mehriban xanım Əliyeva kifayət qədər xeyirxahdır, əqidə ilə yaşayıb, əqidə ilə yaşayır, dövlətə, dövlətçiliyə sədaqətlidir. Mehriban xanım Əliyeva illəri sarsılmaz həqiqətlərlə yaşayır. Bu, onun həyat fəlsəfəsidir. Bu fəlsəfənin mühüm tərkib hissələri əxlaq mədəniyyətdir, insaniyyət şəfqətdir, inam  məhəbbətdir, xeyirxahlıq saf niyyətlərdir. Bunlar hər insana qismət olmayan yüksək əxlaqi dəyərlərdir.

Mehriban xanım Əliyeva insanları, insanlığı sevib, indi sevir. Bu sevgi mədəniyyətin mədəni irsin cəfakeşi olub, indi cəfakeşidi. Bu sevgi Azərbaycana sevgi idi, azərbaycançılığa sevgi idi, Azərbaycan mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına sevgi idi. Bu sevgi sonralar Azərbaycan incəsənətinin, bu sıradan muğamlarımızın inkişafının səyyarəsi oldu. Bu sevgi Bakıda Beynəlxalq Muğam Mərkəzi, regionlarda yeni muzey musiqi məktəblərinin inşa edilməsini gerçəkləşdirdi; bunlar həmin sevginin zərrəsi idi. Beynəlxalq təşkilatlarla, o cümlədən UNESKO, İSESCO ilə əməkdaşlıq bu sevgidən rişələnərdi. Bu sevgidə qüdrətə bax: İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi!

Gözəl, gərəkli ideya xalqa, millətə sevgiylə gerçəkləşir. Belə gerçəkləşmə zaman anlamında dünənki tarixi yaşatmaqdı, tarix yaratmaqdı. Belə yaratma, belə yaşatma bir bayatıda deyildiyi kimi,

Tikmədim özüm qalam,

Tikdim ki, izim qala, –

mahiyyətlidi. Böyük ürəkli insanların sevgisi dünyəvi sevgi olur; Mehriban xanım Əliyeva böyük sevgilərlə bu bayatının fəlsəfəsinin işığını həmişə xalqımızın sabahkı tarixlərinə yönəldir: Mehriban xanım Əliyevanın təşəbbüsü, bilavasitə fəaliyyəti 2008-ci ildə muğam, 2009-cu ildə aşıq sənəti, 2009-cu ildə Novruz bayramı, 2010-cu ildə xalça toxuculuğu, 2012-ci ildətar ifaçılığı sənəti, 2018-ci ildəDədə Qorquddastan mədəniyyəti, nağılları musiqisi, … UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınması ilə nəticələndi. UNESKO-nun təcili qorunma ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı var. Buna bələd olanlar yaxşı bilir ki, “təciliifadəsi təxirəsalınmaz anlamındadır itib-batmanın qarşısının alınması zərurətini bildirir. Mehriban xanım  Əliyevanın xalqımızın dünənlərinə (deməli, sabahlarına!) müqayisəyəgəlməz xidmətlərindən biri 2013-cü ildə Çovkan atüstü oyununun, 2018-ci ildə Naxçıvanın ənənəvi qrup rəqsləri-yallının, köçərinin, tənzərənin bu siyahıya salınmasıdır

Ana sevgisi, müqəddəsliyə müqəddəs münasibət bütün mənəvi keyfiyyətlərin fövqündə dayanıb. Yüz-yüz illərdi belə olub, belə olacaq. Bu tezisi hamı düşüncələrinə eyni dərəcədə hopdura bilirmi? Yox, belə qüdrət ancaq Allaha bir duyum qədərincə yaxın olanlara nəsib olur. Ana sevgisindən söz düşəndə Cəfər CabbarlınınAnaşeirinin son misrasını xatırlayırıq;

Ana, mən sənə rahibəm itaətdə

Ana yaşında ana itirənlərin ana sevgisinə böyük ehtiramım olub bu ehtirama elə sevgi hökmündə ehtiram deyərdim. Mehriban xanım Əliyevanın ana sevgisi bu günün gənclərinə, yeniyetmələrinə örnəkdir. Böyük insanlar haqqında böyük insanların səmimi fikirləri bütün zamanlarda yaşam fəlsəfəsini müəyyənləşdirən tezislərdir: “…Məsuliyyət hissini, hərbir işin əvvəlindən maksimum nəticə əldə etməyə çalışmağı, özünə tələbkar intizamlı münasibəti mənə anamnəcib, parlaq, prinsipial, istedadlı, məğrur, son dərəcə gözəl bir xanım olan Aida İmanquliyeva aşılayıb. Hər bir ədalətsizliyə qarşı barışmaz mövqedə dayanan, işinə, elmə pedaqoji fəaliyyətə hədsiz sədaqətli olan anam öz qısa həyatında inanılmaz zirvələri fəth etdi. O, müasir ərəb ədəbiyyatının tədqiqi sahəsində öz yeni elmi məktəbini yaratdı, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru oldu. Anam dünya şöhrətli alim idi, onun əsərləri bu gün də elmi dairələrdə yüksək qiymətləndirilir. Lakin bununla yanaşı, o, hər zaman adı böyük hərflərlə yazılan əsl Qadın olaraq qalırdı. Onun böyük sevən ürəyi, incə və səxavətli qəlbi var idi. Anamı itirdiyim vaxtdan artıq 27 il ötür. Onun yoxluğunu hər zaman hiss edirəm” (Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Trend İnformasiya Agentliyinə müsahibəsindən). Ana sevgisinin müqəddəsliyini bu səviyyədə yaşadan, bunu ömrünün Dan ulduzu bilən Mehriban xanım Əliyevanın analara sevgisi, ehtiramı bu sevgidən qaynaqlanır.

Əgər Uca Tanrı Sizə imkan versəydi, keçmişinizdə nəyi dəyişərdiniz?” sualına Mehriban xanımMənə əz əziz insan olan anamın xəstəliyini və bu dünyadan gedişinicavabını verib. Sualın mahiyyəti həyati dəyərlərə münasibət olub, şübhəsiz. Bu düşündürücü cavab fəaliyyətin , düşüncələrin , duyğuların da həyat fəlsəfəsinin daha əhatəli dərkinin zəruriliyini xatırladıb.

Ana sevgisindən barınan mənəvi kamillik budur!

Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Azərbaycanda müxtəlif istiqamətlərdə, müxtəlif miqyaslarda layihələr həyata keçirilib. Belə layihələrin bir hissəsi səhiyyəni əhatələyib. Xəstəxanaların, klinikaların yaradılması, diabet talassemiya xəstələrinin müalicəsinə xüsusi diqqət yetirən Mehriban xanımın təşəbbüsü iləDiabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması inşasıkimi ictimai əhəmiyyətli layihələrin mahiyyəti vətəndaşlara qayğı olmaq etibarilə bilavasitə dövlətçiliyin möhkəmləndirilməsinə yönəldilirdi.

Ümummilli lider Heydər Əliyevin ideyalarını yaşatmaq, irsini öyrənmək, öyrətmək Azərbaycan dövlətçiliyinə sədaqətin təzahürüdür. Bu baxımdan Heydər Əliyev Fondu” həm bu tezisləri icra edir, həm ölkədə müxtəlif layihələri gerçəkləşdirirdi. Mehriban xanım Əliyevanın rəhbərliyi iləHeydər Əliyev Fondun”daUşaq evləri internaməktəblərinə dəstəklayihəsi əsasında ölkəmizdə 40-a qədər uşaq evi internat məktəbi ən müasir standartlar səviyyəsində təmir edildi. 2014-cü ildəAzərbaycanda məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramıyerinə yetirilməyə başladı. Bu layihənin dövlət üçün gərəkliyi amilləri haqqında Heydər Əliyev Fondu”nun prezidenti Mehriban xanım Əliyeva deyirdi: “Bu gün bu sahəyə diqqətimiz artmalıdır. Ölkəmizdə uşaq bağçalarının tikintisinə çox böyük ehtiyac vardır. Uşaqların ilk yaşlarından intellektual, fiziki əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məhz bu müəssisələrdə formalaşır. Belə olan halda, əlbəttə, biz təhsilin bu sektoruna daha böyük diqqətlə yanaşmalıyıq”. Bu kəlamlar ömrünü xalqı üçün yaşayan Mehriban xanım Əliyevanın insan amilinə hansı səviyyədə önəm verdiyinin təsdiqidir.

Təvazökarlıq insanın ən ali mənəvi xarakterlərindəndir. Ailəni həyatın əsas mənası və stimulu, istinad nöqtəsi güc mənbəyi bilən Mehriban xanım Əliyeva olduqca təvazökar xanımdır. Trend İnformasiya Agentliyinə müsahibəsində deyib: “…Həyatım elə gətirib ki, mən ictimai şəxsiyyətəm, lakin heç vaxt tanınmağa, məşhur olmağa can atmamışam. Əgər hansısa nəticələr əldə etməyə nail oluramsa, fəaliyyətim fayda gətirirsə, ölkəyə və insanlara xidmət edirəmsə, yardıma ehtiyacı olanlara kömək etməyi bacarıramsabu, mənim üçün ənyüksək mükafatdır…”. Bu kəlmələr Vətən üçün, dövlət üçün, dövlətçilik üçün yaşayan böyük ürəkli, praqmatik təfəkkürlü bir insanın həyat, ömür fəlsəfəsinin tərkib hissələrindəndir, belə bir insanın yaşam manifestidir. Belə bir manifest minlərin xarakterini tənzimləmək baxımından dövlət müstəqilliyi bərpa edilmiş Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsində kifayət qədər əhəmiyyətli olmuşdur.

Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri, ruh yüksəkliyi mərdlik, mərhəmət və şəfqət, inam məhəbbət sayəsində biz birlikdə buciddi çağırışın öhdəsindən gələcəyik…”. Bu kəlmələr Azərbaycanımızın gənclərinə Ana tövsiyəsi kimi oxunur. Bu tövsiyə deyir ki, həmişə ruh yüksəkliyi iləyaşayın, mərdlik insanın mənəvi aləminin göyqurşağıdı, mərd olun, ömür payınızı mərhəmət hisləri ilə yaşayın illərinizi bu duyğu ilə süsləndirin, Tofiq BayramınYaşaya bilərəm çörəksiz, susuz, Yaşaya bilmərəm bir gün inamsızmisralarını unutmayın, həmişə inamla yaşayın, Peyğəmbər inamı ilə yaşayın, yaşanılan illərin mehrabı həbbətdi, məhəbbətlə yaşayın. Bu tövsiyələrdə Zərdüşt fəlsəfəsinin işığı var: yaxşı fikir, yaxşı əməl. Belə yaşanılma ictimaiyyətin sağlamlığı üçündü, dövlətçiliyin qüdrəti üçündü; güclü vətəndaşı olandövlət güclü dövlətdir.

Türkiyeqəzetinin jurnalisti Yücel KoçQardaş ölkədə nələr olur? Mehriban Əliyeva ilə Azərbaycandadəyişiklik rüzgarıməqaləsində yazır ki, Mehriban xanım “…son dərəcə çətin yolda nədən güc alır? İlk növbədə öz xalqının dəstəyindən, inamından və sevgisindən”. Jurnalistin qənaəti gerçəkliklərə əsaslanır. Mehriban xanım xalqını sevir, bu sevgiqarşılıqlı sevgidir. Xalq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə inandığı kimi, Birincivitse-prezidentə inanır. Xalq ölkə başçısını da dəstəkləyir, Birinci vitse-prezidenti . Türkiyəli jurnalist bir qənaətdə haqlıdır: “Mehriban xanımınbaşlıca missiyası hər zaman hər yerdə Vətənimizin maraqlarını qorumaqdır”.

Ermənistanın Azərbaycanımızın torpaqlarını işğal etməsi Mehriban xanım Əliyevanı həm vətəndaş kimi, həm Xoşməramlı səfir kimi narahat edirdi. İşğalolunmuş rayonlarımız onun könül dünyasından iraqdeyildi; xalqını, millətini, dövlətini, dövlətçiliyini sevən, bu sevgini ömrünün yaşam düsturu bilən Mehriban xanım Əliyeva ruhən həmişə ordunun, ordunun şəxsi heyətinin yanında olub. 2016-cı ilin aprelində , 2020-ci ilin iyulunda da, 2020-ci ilinsentyabrında da. 2016-cı ilin Aprel döyüşlərindən sonra yaralananların müalicəsində, döyüşçülərin yüksək texnologiyalı protezlərlə təmin olunmasında Heydər Əliyev Fondu”nun xətti ilə kifayət qədər yaxından iştirak etmiş, yüzlərlə yaralı döyüşçünün problemlərinin həllini təmin etmişdi.

Vətən müharibəsi Zəfərlə başa çatdı. Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi. Müharibədə yaralananlar da olur, şəhid olanlar da. Mehriban xanım Əliyeva yaralı döyüşçülərin istər Azərbaycanda, istərsə xarici dövlətlərdə, o cümlədən Türkiyədə müalicəsinə kifayət qədər yaxından köməklik göstərdi. Zəfərdən sonra ümidləHeydər Əliyev Fondu”na, Birinci vitse-prezidentə müraciət edənlərin hamısının sağlamlığının bərpasına ciddi təxirəsalınmaz köməklik göstərildi.

Mehriban xanım Əliyevanın yerinə yetirdiyi vətəndaşlıq missiyasının coğrafiyası çox genişdir.

Böyük tarixi şəxsiyyət, ən böyük azərbaycanlı Heydər ƏliyevinXalqın, Vətənin taleyi hər birinsanın taleyinə çevrilməlidirmüdrik kəlamını Mehriban xanım Əliyeva müdrikliyə, müdrikə sədaqətkimi yaşadır. Bunun nəticəsidir ki, Mehriban xanım Əliyevanın xarakteri vətənpərvərlik, xalqa, Vətənə, torpağa, dövlətə, dövlətçiliyə qədərsiz məhəbbət duyğularının vəhdətində bu səviyyədə formalaşıb.

Azərbaycanın Birinci vitse-prezidenti, “HeydərƏliyev Fondu”nun prezidenti, UNESCO İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın ömrü bəşəri ömür olduğu üçün Azərbaycanın da gənclərinə, Azərbaycanı sevən dövlətlərin gənclərinə örnək ömürdür.

Səbinə Xasayeva,

Milli Məclisin deputatı