Home Gündəm Ermənistan parlamentində dava: Ohanyan deputata butulka atdı, iclas yarımçıq dayandırıldı (VİDEO) (ƏLAVƏ...

Ermənistan parlamentində dava: Ohanyan deputata butulka atdı, iclas yarımçıq dayandırıldı (VİDEO) (ƏLAVƏ OLUNUB)

218
0
SHARE

Bakı. Orxan Nəbiyev – Trend:

Ermənistan parlamentinin iclasında növbəti dəfə deputatlar arasında münaqişə baş verib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, dava hakim partiyanın deputatı Ayk Sarkisyanın çıxışı zamanı başlayıb.

Onun “pulla və ya zənglə insanları hərbi xidmətdən yayındıran bütün müdafiə nazirləri vətən xainidir” sözlərindən sonra zalda olan deputat, keçmiş müdafiə naziri Seyran Ohanyan A.Sarkisyana butulka atıb. Daha sonra müxalif deputatlar, xüsusilə də S.Ohanyanın tərəfdarları da A.Sarkisyana butulka atmağa başlayıblar.

İnsidentlə əlaqədar parlamentin iclasında fasilə elan edilib.

Xatırladaq ki, ötən gün də parlamentdə müxalif deputatlarla təhlükəsizlik xidməti əməkdaşları arasında dava düşmüşdü.