Home Cəmiyyət AQTİ laboratoriyalarında meyvələrdə nitratların təyini müasir texnologiya əsasında həyata keçirilir

AQTİ laboratoriyalarında meyvələrdə nitratların təyini müasir texnologiya əsasında həyata keçirilir

208
0
SHARE

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli Referens Laboratoriyasında bitkilərdə nitratların miqdarı müasir texnologiya əsasında təyin olunur.

Nitratlar azot turşusunun (HNO3) duzlarıdır. Kənd təsərrüfatında torpağın münbitliyini artırmaq və məhsuldarlığı yüksəltmək məqsədilə gübrə olaraq istifadə edilir. Əkinçilikdə bitkilərin qida maddələrinə olan tələbatını ödəmək üçün natrium, kalium və ammonium nitrat duzları kimi nitratlı gübrələr daha çox tətbiq olunur. Lakin bu gübrələrin normadan artıq tətbiqi bir sıra problemlər yarada bilər. Belə ki, torpaqda həddən artıq toplanan nitratlar istehlak edilən meyvə və tərəvəzlər vasitəsilə insan orqanizminə daxil olur və bağırsaq mikroorqanizmlərinin fəaliyyəti nəticəsində kəskin zəhər olan nitritə çevrilir. Alınan bu maddə orqanizmdə maddələr mübadiləsində iştirak edərək insan və heyvanlar üçün ciddi təhlükə yaradır.

Qeyd edək ki, AQTİ nəzdində ölkədə qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığının qorunması və karantin nəzarətinin həyata keçirilməsində mühüm rol oynayan 15 laboratoriya fəaliyyət göstərir.

Meyvələrdə nitratların təyini: https://www.youtube.com/watch?v=33rOz4tUmHU