Home Gündəm Tahir Rzayev: Qədim Şuşa şəhəri qısa zamanda öz görkəmini dəyişib

Tahir Rzayev: Qədim Şuşa şəhəri qısa zamanda öz görkəmini dəyişib

316
0
SHARE

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya sonuncu səfəri zamanı bir çox tədbirlərdə, təməlqoyma mərasimlərində, Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak etmələri, unikal şəhərin gələcək inkişafı üçün həyata keçiriləcək planlardan, layihələrdən bəhs edilməsi hər bir insanın qəlbində qürur hissi doğurur”. Bu sözləri tan.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

O, bildirib ki, 30 ilə yaxın bir dövrdə düşmən əsarətində olan Şuşamızın dünəni ilə bu günü müqayisə edilməzdir:

“Erməni vandalları tərəfindən viran qoyulmuş şəhər qısa zaman içərisində öz görkəmini tamamilə dəyişib. İndi şəhər sanki dərdlərini unudub üzümüzə gülür. Faşistlərin izi artıq bu torpaqlardan silindi. Dövlət Başçımızın da qeyd etdiyi kimi onun göstərişi ilə şeytan yuvası darmadağın edildi. Ermənistan ordusu, erməni faşizmi, təcavüzkar düşmənin artıq izi-tozu bu torpaqlarda yoxdur. Ermənistana havadarlıq edənlərin çirkin arzuları, erməni lobbisinin hegemonluğu məhv edildi. Ali Baş Komandanın başçılığı altında Müzəffər Ordumuz hərb tariximizə yeni unudulmaz səhifə yazdı”.

Millət vəkilinin sözlərinə görə, Şuşa səfəri zamanı ölkə rəhbəri İlham Əliyev qələbəmizin tarixiliyinin unudulmazlığını xatırlatmaqla bərabər, düşmənə dinc durmaq, sülh razılığına gəlməklə bağlı ciddi mesajlar verdi:

“”Biz Şuşadayıq, daimi bura olacayıq” deyən Cənab Prezident Azərbaycan torpaqlarının, düşmən tərəfindən viran qoyulan ərazilərimizin sürətlə yenidən qurulduğunu bir daha xatırlatdı. Qısa zamanda ölkəmiz dünyanın ən inkişaf etmiş, mədəni ölkələrindən birinə çevriləcək”.