Home Gündəm Azərbaycan hərbi qulluqçuları sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə məlumatlar yalandır...

Azərbaycan hərbi qulluqçuları sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə məlumatlar yalandır – MN

304
0
SHARE

Bakı. Trend:

Ermənistan mətbuatında Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə yayılan məlumatlar bu ölkənin rəsmilərinin növbəti yalanıdır və böhtan xarakteri daşıyır.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat veriblər.

Nazirlik qeyd edib: “Bir daha bildiririk ki, bu tip məlumatlar əsasızdır və Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur”.