Home Cəmiyyət Qaxda hotellərdə COVID-19 pasportu ilə əlaqədar yoxlamalar keçirilib (FOTO)

Qaxda hotellərdə COVID-19 pasportu ilə əlaqədar yoxlamalar keçirilib (FOTO)

258
0
SHARE

Bakı. Trend:

Qaxda karantin rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qərarların icrası ilə əlaqədar nəzarət-yoxlama tədbirləri davam etdirilir.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində fəaliyyət göstərən hotellərdə monitorinq aparılıb və mövcud tələblərin yerin yetirilməsinə nəzarət olunub.

Belə ki, planşet vasitəsilə orada qalan qonaqların COVID-19 pasportlarının olub-olmaması yoxlanılıb, həmçinin otellərin inzibatçıları ilə izahedici söhbətlər aparılıb. Sentyabrın 1-dən etibarən tətbiq edilən yeni qaydaya əsasən gələn qonaqlardan COVID-19 pasportu tələb etmələrinin vacibliyi vurğulanıb, əks təqdirdə belə hallar aşkarlanarsa, onların barələrində qanunvericiliyə uyğun müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilib.