Home Gündəm Şərqi Zəngəzurdakı hava limanlarının açılışında da birgə iştirak edəcəyik – AZAL-ın vitse-prezidenti

Şərqi Zəngəzurdakı hava limanlarının açılışında da birgə iştirak edəcəyik – AZAL-ın vitse-prezidenti

313
0
SHARE

Füzuli. Trend:

Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanına “Qarabağ” sərnişin təyyarəsi və ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi texniki uçuşlarını həyata keçiriblər.

Bunu Trend-ə açıqlamasında bu gün Bakıdan Füzuli Beynəlxalq Hava Limanına sərnişin və yük təyyarələri ilə sınaq uçuşunun həyata keçirilməsinə münasibət bildirən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev söyləyib.

“Bizim hər birimizin keçirdiyimiz hisləri sözlə ifadə etmək çətindir. Cəmi 1 il əvvəl bu torpaqlarımız işğal altında idi, 11 ay əvvəl bu torpaqlarda qızğın döyüşlər gedirdi. Bugünkü hisləri bizə yaşadan Ali Baş Komandanımıza, Azərbaycan Ordusuna öz minnətdarlığımızı bildiririk. Qarabağa xoş gəlmisiniz!”- Eldar Hacıyev qeyd edib.

E. Hacıyev qeyd edib ki, Azərbaycan Prezidentinin sərəncamı ilə artıq Şərqi Zəngəzur bölgəsində iki hava limanının da inşasına başlanıb: “İnşallah, növbəti illərdə Şərqi Zəngəzurdakı həmin hava limanlarının açılışında da birgə iştirak edəcəyik”.