Home Cəmiyyət Sahibə Qafarova parlament spikerlərinin 5-ci dünya konfransında çıxış edib…

Sahibə Qafarova parlament spikerlərinin 5-ci dünya konfransında çıxış edib…

232
0
SHARE
Sahibə Qafarova

Milli Məclisin sədri Sahibə Qafarova Avstriyanın Vyana şəhərində keçirilən parlament spikerlərinin 5-ci dünya konfransında “COVID-19 pandemiyasına qlobal cavab multilateralizmin insanlara yardımını çətinləşdirir” mövzusunda müzakirələrdə çıxış edib.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənverilən məlumata görə, COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin səylərinin artırılmasına böyük ehtiyac olduğunu bildirən spiker Sahibə Qafarova ölkəmizin bu pandemiyaya qarşı mübarizədə qlobal miqyasda irəli sürdüyü təşəbbüslər və həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan COVID-19 pandemiyasının fəsadlarının aradan qaldırılması istiqamətində qlobal səylərə töhfə vermək məqsədilə Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin mayında Hərəkatın COVID-19-a qarşı Təmas Qrupunun videokonfrans formatında Zirvə görüşünü təşkil etmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyanın keçirilməsini təklif etmişdir. Həmin təşəbbüs ümumilikdə BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənmiş və 2020-ci ilin dekabrında Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası baş tutmuşdur.