Home Cəmiyyət Azərbaycan-Türkiyə hərbçiləri Laçında təlim tapşırıqlarını icra ediblər (VİDEO) …

Azərbaycan-Türkiyə hərbçiləri Laçında təlim tapşırıqlarını icra ediblər (VİDEO) …

259
0
SHARE

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlim davam edir.Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimin növbəti günündə xüsusi təyinatlı qruplarla mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması və məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma tapşırıqları icra olunub.Xüsusi təyinatlılar qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.