Home Cəmiyyət Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının iştirakı ilə “Üç qardaş –...

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının iştirakı ilə “Üç qardaş – 2021” beynəlxalq təlimi keçiriləcək

287
0
SHARE
Hərbi Təlimlər

Sentyabrın 12-dən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş – 2021” birgə beynəlxalq təlimi keçiriləcək.Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.“Üç qardaş – 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.