Home Cəmiyyət Ermənistanda üç aylıq daha bir hərbi toplanış başlayır – İrəvanda hal qaldımı…

Ermənistanda üç aylıq daha bir hərbi toplanış başlayır – İrəvanda hal qaldımı…

312
0
SHARE

…Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, 44 günlük müharibədə Azərbaycanın qətiyyətli qələbəsi Ermənistan ordusunun özü haqqında yaratdığı mifi darmadağən etdi: “Təsəvvür edin ki, hələ də itkiləri dəqiqləşdirə bilmirlər. Bu itkilər həm canlı qüvvə, həm texnika, həm də strateji əhəmiyyətli məntəqələrdir. Ermənistan rəhbərliyi belə düşünürdü ki, illərlə Rusiyanın vassalı kimi qalan bir ölkəyə ”sahib” çıxan bir dövlət tapılacaq. Lakin bu da baş vermədi. Daxildəki hərc-mərclik, Qarabağ klanı ilə yerli ermənilər arasında yaranan qarşıdurmalar, ordudakı korrupsiya ilk növbədə iqtisadiyyatı, sonra da olmayan, kağız üzərində yaradılan ordunu darmadağın etdi. Fərarilik, intizamsızlıq orduda adi hala çevrildi. Təbii ki, Rusiyanın 102-ci hərbi bazası da köməyə gələ bilmədi. Nə qədər qaçaq yolu ilə, hansısa kreditlərlə silah-sursat gətirilsə də, hərbi mütəxəssis olmadığı üçün metal tullantısına çevrildi və buna bütün dünya şahid oldu. Yəni dövlət və milli təhlükəsizliyə təhdidin qarşısını almalı olan əsas institut – silahlı qüvvələr demək olar ki, yox idi. Sadəcə olaraq, daxili və xarici siyasətdə terror, təxribat, saxta tarix və qonşuluq siyasətində qərəz, ərazi iddiası əsas prinsip götürüldü və sonu acı nəticəyə gətirib çıxardı”. A.Nağıyev hesab edir ki, Ermənistanı məhz belə sonluq gözləyirdi: “Belə də olmalı idi. İndi isə bundan nəticə çıxarmağa çalışan erməni iqtidarı özü də gecikdiyini dərk edir və bilir ki, ölkəyə sərmaye qoyuluşu təhlükəsizliyə verilən zəmanətdən keçir. Ordu yox, iqtisadiyyat tənəzzüldə, siyasi qarşıdurma, miqrasiya problemləri ölkəni məhv edir. Ona görə də miqyaslı toplanışlara qərar verilir və hətta toplantılar da baş tutmur və fərarilik baş alıb gedir. Yəni bu, bir imitasiyadır. Büdcə darmadağın vəziyyətdəir, xarici qrantlar korrupsiya yolu ilə mənimsənilir”. Deputatın fikrincə, toplantılar hələ ordu demək deyil: “Qabaqcadan bilinir ki, artıq Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməzlər. Sadəcə, daxili auditoriyanı sakitləşdirmək və burada öz maraqları olan havadarlardan maddi dəstək almaq üçün bu addımlar atılır”..