Home Gündəm Azərbaycan Avropa İttifaqından iqtisadi dəstəklə bağlı təklif gözləyir – Deputat

Azərbaycan Avropa İttifaqından iqtisadi dəstəklə bağlı təklif gözləyir – Deputat

256
0
SHARE

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın məşhur EFE informasiya agentliyinə müsahibəsində bir çox mühüm məsələlərə öz münasibətini bildirib. Cənab Prezident Avropa İttifaqından ərazilərimizin minalardan təmizlənməsi və sərhədlərin delimitasiyası sahəsindəki yardımı barədə təklifi dəyərləndirərək qeyd etmişdir ki, əlbətdə Azərbaycan bu təşəbbüslərə qoşulur və bu mövzular ətrafında Azərbaycan rəsmiləri ilə Avropa İttifaqı nümayəndələri arasında müzakirələr aparılır. Avropa İttifaqı delimitasiya prosesində iştirak etmək və hər iki tərəfi razılığa gətirməklə bağlı niyyətini ifadə edib və Azərbaycan belə təşəbbüsləri dəsdəkləyir. Ancaq Ermənistan Avropa İttifaqının təklifini qəbul edib-etməyəcəyi ilə bağlı hələ ki qərar verməyib. Cənab Prezident bildirib ki, Azərbaycanın mövqeyi olduqca açıqdır. Azərbaycan bu sahədə əməkdaşlığa hazırdır. Azərbaycan eyni zamanda Avropa İttifaqı ilə iqtisadi yardım məsələsi ətrafında da müzakirələr aparır. Cənab Prezident Avropa İttifaqının Ermənistan üçün 2.6 milyard avro həcmində itisadi yardım paketinin ayrılması ilə əlaqədar qərarına münasibər bildirərək qeyd etmişdir ki, Azərbaycan istərdi ki, ona da eyni şərtlərlə yardım təklif edilsin. Həqiqətən sual yaranır niyə 10 min kvadratkilometr sahəyə malik təmamilə dağıdılmış ərzisi, yerlə-yeksan olunmuş şəhər və kənləri olan Azərbaycana bu yardım təklif olunmur. Azərbaycan hazırda Avropa ittifaqından iqtisadi dəsdəklə bağlı təklif gözləyir. Bu istiqamətdə Avripa İttifaqı çox iş görə bilər. Cənab Prezident qeyd etmişdir ki, “Biz bu imkanlardan istifadə etməyə hazırıq və Avropa İttifaqına dürüst vasitəçi kimi etibar edirik”

Milli Məclisin deputatı

Rauf Əliyev