Home Cəmiyyət Hikmət Babaoğlu: Yeni reallıqları gərək regionun digər aktorları da qəbul etsin…

Hikmət Babaoğlu: Yeni reallıqları gərək regionun digər aktorları da qəbul etsin…

313
0
SHARE

“Prezident İlham Əliyev Cəbrayıl rayonunda yerli sakinlərlə görüşən zaman bir sıra aktual məsələlərə toxunaraq bununla bağlı Azərbaycanın rəsmi mövqeyini bir daha bəyan etmiş oldu. Hər şeydən öncə Prezident Azərbaycanın yaratdığı yeni reallığa diqqət çəkərək qeyd etdi ki, bu reallıq hər kəs tərəfindən qəbul edilməlidir və hazırkı mərhələdə regionumuzun cazibə mərkəzinə çevrilməsi bəzi ölkələri narahat edir. Bu narahatlıqlarını müxtəlif formada büruzə verirlər. Son günlər İran rəsmilərinin Azərbaycana qarşı səsləndirdikləri əsassız ittihamlar da bununla bağlıdır. Yeni reallıq isə ondan ibarətdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və regionda əməkdaşlığın, sülhün davamlı olması üçün yeni perspektivlər yaradıb”. Bu fikirləri tan.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.Deputatın sözlərinə görə, bu isə Azərbaycanın güclənməsi və regionun gələcək geostrateji mənzərəsini təyin etməsi deməkdir: “Qonşu İran rəsmilərinin səsləndirdiyi fikirlər isə həm də bu reallığın təhrif olunmasıdır. Eyni zamanda İsrail-Azərbaycan münasibətlərini önə çəkərək məhz bu münasibətlər üzərindən Azərbaycanı ittiham etməsi həm də siyasi manipulyasiyadır. Çünki İranla Azərbaycanın tarixən dostluq münasibətləri olub. Hazırda İranın demoqrafik strukturu və sosioloji göstəriciləri imkan vermir ki, bəzi İran rəsmiləri öz ambisiyalarını Azərbaycana qarşı birbaşa səsləndirsinlər. Çünki bu, İran xalqı tərəfindən də qəbul edilməz. Ona görə də İsraili, ”sionizmi” bəhanə edərək bunun üzərindən Azərbaycana ittihamlar irəli sürürlər. Bu, tamamilə əsassızdır. Azərbaycan Prezidenti qətiyyətlə bunu rədd etdi və dedi ki, biz sübutlar tələb edirik”.H.Babaoğlu vurğulayıb ki, hər kəsə aydındır ki, belə sübutlar yoxdur: “Prezident regionun gələcəyi ilə bağlı çox mühüm bir məsələyə toxununaraq qeyd etdi ki, biz ilkin mərhələdə qardaş Türkiyənin 3+3 formatında əməkdaşlıq platforması təklifinə dərhal dəstək verdik və region dövlətlərini bu əməkdaşlıq platformasına qoşulmağa çağırdıq, ancaq hazırda vəziyyət elədir ki, kim buraya qoşulacaqsa qoşulsun, qoşulmayacaqsa, özü bilər, əsas məsələ ondan ibarətdir ki, regionumuzda sülhün təminatçısı qismində Rusiya-Türkiyə münasibətləri dayanır. Azərbaycan-Ermənistan-Rusiya-Türkiyə dördətərfli əməkdaşlıq platforması regionun əslində gələcəyini təyin edəcək. Ermənistan bu platformaya qoşulmalıdır. Çünki onun başqa çarəsi yoxdur. Regional reallıq bundan ibarətdir və yaxşı olar ki, regionun digər aktorları bu gerçəkliyi qəbul etsinlər”.