Home Cəmiyyət “Ermənistan bu yolla çökmüş iqtisadiyyatını dirçəldə bilər” – DEPUTAT ŞƏRH ETDİ

“Ermənistan bu yolla çökmüş iqtisadiyyatını dirçəldə bilər” – DEPUTAT ŞƏRH ETDİ

329
0
SHARE

“Cənab Prezident işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərləri zamanı çıxışlarında istər revanşist ideyalara qulluq edən ermənilərə, istər beynəlxalq təşkilatlara, istərsə də separatçılara havadarlıq edən dairələrə çox mühüm mesajlar verir. Göründüyü kimi Azərbaycan bu gün müharibənin hərbi fazasını başa çatdırıb, lakin informasiya mübarizəsi hələ də davam etməkdədir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü Arzu Nağıyev deyib.Deputatın sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə quruculuq-abadlıq işlərinin aparılması üçün əsas şərt bölgənin minalardan təmizlənməsidir: “Biz qurucu xalq olduğumuzu bütün dünyaya birdaha göstərdik. Cənab Prezidentin də qeyd etdiyi kimi hava limanlarının tikintisi, ictimai iaşə, yaşayış yerlərinin, həmçinin məscidlərin və yolların tikintisi göstərdi ki, biz burada gördüyümüz işlərlə məqsədimizə nail oluruq. Cənab Prezident çıxışları zamanı həmçinin Azərbaycan ordusunun nəyə qadir olduğunu, onun döyüş əzmini dəfələrlə vurğulayıb. Bu gün Azərbaycanın sərhədlərində Azərbaycan əsgəri dayanır, sərhədlərimizi Azərbaycan əsgəri qoruyur”.A.Nağıyev bildirib ki, Azərbaycan həm qonşuluq siyasətində, həm də 6-lıq platformasının yaradılmasında öz missiyasını ortaya qoyub: “Artıq Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanımaqla sülh sazişini imza atmalıdır. Zəngəzur dəhlizi ilə yanaşı qarşılıqlı kommunikasiyaların açılması yönündə də işlər görülür. Düşünürəm ki, kommunikasiyaların qarşılıqlı şəkildə açılması ən çox Ermənistan üçün lazımdır. Blokadada olan bir dövlət kimi Ermənistan bu yolla çökmüş iqtisadiyyatını dirçəldə bilər”.

Müəllif: Aysel Məmmədova