Home Dünya xəbərləri Türkiyədə İranın casus şəbəkəsi ifşa edildi – VİDEO

Türkiyədə İranın casus şəbəkəsi ifşa edildi – VİDEO

276
0
SHARE
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) polislə birgə ölkənin şərqindəki keçirdiyi əməliyyat nəticəsində İranın casus şəbəkəsi ifşa edilib.

“tan.az” bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.

Əməliyyat zamanı səkkiz nəfər o cümlədən İranın xüsusi xidmət orqanlarının iki casusu saxlanılıb.

Qrupun üzvləri keçmiş İran hərbçisini ölkəsinə qaçırmağa cəhd göstərərkən həbs olunublar.

Bildirilib ki, İran vətəndaşları 30 dollarlıq büdcə ilə bölgədə casus şəbəkəsi qurublar. Onlar şəbəkəyə altı nəfər Türkiyə vətəndaşını cəlb ediblər. Şəbəkə iranlı keçmiş hərbçini ölkəsinə qaçırmaq barədə təlimatı İran kəşfiyyatından alıb.