Home Gündəm Azər Badamov: Azərbaycan ərazilərini azad etməklə Ermənistanla İranın narkotik biznesinin də qarşısını...

Azər Badamov: Azərbaycan ərazilərini azad etməklə Ermənistanla İranın narkotik biznesinin də qarşısını aldı

219
0
SHARE

Torpaqlarımızın erməni işğalı altında olduğu 30 ilə yaxın müddətdə İranla Ermənistan Azərbaycanın Cəbrayıl rayonunun ərazisindən Avropaya narkotrafik üçün istifadə ediblər. Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsi ilə İranla olan 130 km-lik sərhədini bərpa etdi, Ermənistanla İranın beynəlxalq cəmiyyət üçün təhlükə yaradan birgə hərəkətlərinin qarşısını aldı. Azərbaycan öz ərazilərini işğaldan azad etməklə həm də beynəlxalq ictimaiyyət üçün ən böyük təhlükə yaradan ağ ölümlə mübarizəyə töhfə vermiş oldu.

Bunu tan.az-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Azərbaycan tərəfindən aparılan araşdırmalar, müəyyən olunan faktlar və saxlanılan heroinin həcminin 2 dəfə artması bu məsələni sübut edib:

“Ermənilər işğal etdikləri Qarabağ torpaqlarımızda uzun illər narkotiklərin becərilməsi ilə məşğul olublar. Narkotik alveri ermənilərin əsas gəlir mənbələrindən biri idi. Ona görə də erməni rəhbərliyi beynəlxalq hüquq norma və tələblərinə məhəl qoymadan, yeni müharibə bəyanatları səsləndirməklə danışıqlar prosesindən çıxmışdı. Yəni, erməni işğalçıları və onların havadarları əllərini yağlı yerdən çəkmək istəmirdilər.

30 il ərzində torpaqlarımızın Ermənistanın nəzarətində olması bu ərazilərdən həm də terrorçuların hazırlanması üçün bir baza kimi istifadə olunmasına yol açmışdı. Təbii ki, narkotik ticarəti və beynəlxalq terrorizm qlobal bəladır. Erməni terror təşkilatları özlərinin törətdikləri vəhşilkləri və qırğınları ilə dünya tarixinə düşüb. Həm də erməni terror təşkilatları müxtəlif dairələrlə əlbir olaraq bir çox sifarişlərin icraçısıdırlar. Nəinki Azərbaycanda, həm də dünyanın müxtəlif yerlərində törətdikləri terror hadisələrində erməni terrorçuların əli olduğu sübut edilib. Azərbaycan öz torpaqlarında erməni işağlına son qoymaqla həm də ermənilərin ərazilərimizdə qurduqları terror yuvasını dağıtmış oldu”.