Füzuli Hava Limanına beynəlxalq status verilib.
tan.az-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Füzuli rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Füzuli Hava Limanına beynəlxalq status verilsin.
Xarici İşlər Nazirliyinə tapşırılır ki, Füzuli Hava Limanına bu Sərəncamın 1-ci hissəsi ilə beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərsin.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.