Home Cəmiyyət Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır – Nazir

Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır – Nazir

258
0
SHARE

Azərbaycan beynəlxalq hüquq və norma prinsiplərinə uyğun olaraq Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçokla keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bunun üçün üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsi vacibdir və Azərbaycan bu bəyanatla üzərinə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirir.

C.Bayramov qeyd edib ki, revanşist və ya əməkdaşlq yolunu tutmaq Ermənistanın öz qərarıdır: “Azərbaycan əməkdaşlığa dair müsbət addımlara hər zaman müsbət cavab verir. Ancaq Azərbaycana qarşı hər hansı təhdid olarsa, onlar da adekvat cavablandırılacaq”.