Home Cəmiyyət Fəxrəddin Altun: “Qarabağ Zəfəri türk dünyası üçün çox əhəmiyyətli bir hadisədir”

Fəxrəddin Altun: “Qarabağ Zəfəri türk dünyası üçün çox əhəmiyyətli bir hadisədir”

251
0
SHARE

“Azərbaycan ordusu Qarabağda döyüş meydanında savaşıb torpaqları azad etdiyi zaman, biz də  Azərbaycanın bu haqq davasını dəstəkləyib dünyanın dezinformasiya müharibəsinə qarşı mübarizə aparırdıq. Dünyanın ən güclü media qurumları,  xəbər agentlikləri vasitəsi ilə ermənilərin unutdurmağa çalışdığı yalan informasiyaları ifşa edib, əsl həqiqətləri bir-bir dünyaya çatdırırdıq. Dövlət başçılarımızın təlimatlarına əsasən, dəyərli dostum Hikmət Hacıyevlə  koordinasiya olunmuş formada fəaliyyətimizi qurub informasiya cəbhəsində də var gücümüzlə savaşdıq”.

tan.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun İstanbulda keçirilən Türk Şurası Media Forumunda bildirib.
O həmçinin qeyd edib ki, sosial mediada da bu istiqamətdə işlər görülüb: “Nəticədə döyüş meydanında şanlı Zəfəri əldə etdik”.

 

Fəxrəddin Altun onu da deyib ki, Azərbaycan ordusu düşməni darmadağın etdiyi bir zamanda ermənilər mülki insanları, infrastrukturları, obyektləri hədəf seçib, onlara qarşı hərbi cinayət törədirdi: “Bu zaman Ermənistan beynəlxalq konvensiyalarla qadağan olunmuş silahlardan istifadə etməklə cinayət törədirdi. Gəncə, Mingəçeviri və başqa yerləri  atəşə tuturdu.
Bir il öncə ermənilər silahlarını günahsız insanlara yönəltmişdi, gözlərini Azərbaycan torpaqlarına, iqtisadiyyatına, enerji xətlərinə dikmişdi. Bax belə bir dönəmdə Türkiyə Azərbaycanın haqq mübarizəsində çiyin-çiyinə mübarizə aparmaq şərəfinə nail oldu. 44 gün boyunca bir yandan Azərbaycanın haqlı mübarizəsinin dünyaya çatdırılmasına töhfə verərkən, digər tərəfdən də dezinformasiyalara qarşı birgə mübarizə apardıq. Bu qələbəni türk dünyasına ərmağan etdik. Azərbaycanın Qarabağ savaşında zəfər çalması ötən il türk dünyası üçün çox əhəmiyyətli bir hadisə oldu.

Bir daha buradan səslənərək  “Qarabağ Azərbaycandır!” deyirəm.

Türkiyə olaraq həm daxildə, həm də xaricdə həqiqət, ədalət uğrunda mübarizə aparan ölkəyik. Həqiqət və ədalətin yanında olmağımızı əxlaqımızın düsturu olaraq görürük”.