Home Cəmiyyət “Feyk nyus” kampaniyalarına qarşı birgə mübarizə aparmalıyıq – Hikmət Hacıyev

“Feyk nyus” kampaniyalarına qarşı birgə mübarizə aparmalıyıq – Hikmət Hacıyev

195
0
SHARE

Türk dünyasına, ölkələrimizə qarşı beynəlxalq səviyyədə dezinformasiya və “feyk nyus” kampaniyaları aparılır. Bu kampaniyalara qarşı birgə mübarizə aparmalıyıq.

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev İstanbulda Türk Şurasının Media forumunda çıxışı zamanı deyib.

Azərbaycan müstəqilliyinin ilk günündən belə kampaniyaların əsas hədəflərindən olub: “Təəssüf ki, bu gün də ölkəmizə qarşı belə kampaniyalar aparılır. Bu kampaniyalara qarşı mübarizənin ən önəmli yolu həqiqətin düzgün formada çatdırılmasıdır. Bu həqiqətin çatdırılmasında bizim birgə, koordinasiyalı şəkildə işləməmiz və bir-birimizə qarşılıqlı şəkildə dəstək verməyimiz çox vacibdir.

Eyni zamanda yeni sosial media tendensiyalarının yaxından izlənilməsi və təcrübə mübadiləsinin aparılması olduqca vacibdir ki, bununla da ölkələrimizi və vətəndaşlarımızı spekulyativ xarakter daşıyan bir sıra kənar təsirlərdən və təzyiqlərdən qorumuş olarıq. 44 günlük müharibə zamanı biz Azərbaycana qarşı bu kimi hücumların şahidi olduq”.