Home Cəmiyyət Rəcəb Tayyib Ərdoğan: Türk dünyası beynəlxalq medianın ikili standartından da əziyyət çəkir

Rəcəb Tayyib Ərdoğan: Türk dünyası beynəlxalq medianın ikili standartından da əziyyət çəkir

229
0
SHARE

Türk dünyası rəqəmsal faşizmlə yanaşı, beynəlxalq medianın ikili standartından da əziyyət çəkir. Xüsusən Azərbaycanın 44 gün davam edən Qarabağ müharibəsi zamanı şahidi olduğumuz ikiüzlü münasibət məsələnin ölkələrimiz üçün əhəmiyyətini ortaya qoydu.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının mediaforumuna videomüraciətində səsləndirib.

Medianın müstəqilliyindən və obyektivliyindən danışan beynəlxalq media orqanlarında Ermənistan ordusu tərəfindən Azərbaycanın dinc əhalisini hədəf alan ballistik raket hücumlarının heç vaxt gündəmə gətirilmədiyini qeyd edən Türkiyə Prezidenti deyib: “Qarabağ müharibəsi dövründə beynəlxalq media qurumları Ermənistanın rəsmi xəbər agentliyi kimi çıxış edirdilər. Mətbuat embarqosunun ən bariz nümunəsi Qarabağ müharibəsidir. Başda qondarma soyqırımı iddiaları olmaqla tarix, milli təhlükəsizlik və millətin dəyərlərini hədəf alan bir çox mövzuda oxşar münasibətlə qarşılaşırıq”.

Forumun bu gün çox geniş yayılmış sosial media mövzusunda ölkələrimiz arasında həmrəyliyin daha da gücləndirilməsinə vəsilə olmasını dilədiyini bildirən Prezident Ərdoğan qeyd edib ki, yalan və təhrif olunmuş xəbərlərə görə dünyada milyonlarla müdafiəsiz insanın həyatı qaralır, ciddi travmalar və dramlar yaşanır. Nəzarətin və özünə nəzarətin olmadığı sosial media kanalları bu gün həm demokratiyanı, həm sosial sülhü, həm də dövlətlərin milli təhlükəsizliyini təhdid etmək həddinə çatıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul