Home Cəmiyyət TÜRK ŞURASININ MEDİA FORUMU KEÇİRİLİR

TÜRK ŞURASININ MEDİA FORUMU KEÇİRİLİR

257
0
SHARE

Forumda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Türk Konseyi Medya Formunda çıxış edib.

“Vətən müharibəsində Azərbaycan Ordusu erməniləri məğlubiyyətə uğratdıqca, Ermənistan mülki əhaliyə və infrastruktura qarşı hərbi cinayətini davam etdirirdi”.

tan.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun İstanbulda keçirilən Türk Şurası Media Forumunda bildirib.

O deyib ki, Ermənistan beynəlxalq konvensiyalarla qadağan olunmuş silahlardan istifadə etməklə cinayət törədib.

“Ermənistan Gəncə, Mingəçeviri atəşə tuturdu. Bir il öncə ermənilər silahlarını günahsız insanlara yönəltmişdi, gözlərini Azərbaycan torpaqlarına, iqtisadiyyatına, enerji xətlərinə dikmişdi”, – deyə o əlavə edib.

Fəxrəddin Altunun sözlərinə görə, Türkiyə Vətən müharibəsində Azərbaycanla birgə mübarizə aparmaq şərəfinə nail olub:

“44 gün boyunca bir yandan Azərbaycanın haqlı mübarizəsinin dünyaya çatdırılmasına töhfə verərkən, digər tərəfdən də dezinformasiyalara qarşı birgə mübarizə apardıq”.