Home Biznes və iqtisadiyyat xəbərləri İqtisadiyyat naziri Atlantik Şurası Millennium Liderlik Proqramının məzunlarının suallarını cavablandırıb (FOTO)

İqtisadiyyat naziri Atlantik Şurası Millennium Liderlik Proqramının məzunlarının suallarını cavablandırıb (FOTO)

281
0
SHARE

İqtisadiyyat naziri Mikayıl Cabbarov Atlantik Şurası Millennium Liderlik Proqramının 2020-ci il məzunları ilə görüşüb.

Nazir Azərbaycan iqtisadiyyatı, ölkəmizin təşəbbüskarı və fəal iştirakçısı olduğu regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat-logistika layihələri, 2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri, həmçinin COVİD-19 pandemiyasının milli iqtisadiyyata göstərdiyi təsirlər, Azərbaycan hökumətinin müvafiq dəstəkləyici tədbirləri barədə məlumat verib. Nazir ölkə iqtisadiyyatının rəqəmsal transformasiyasına yönəlmiş bir sıra proqramların qəbul edildiyini və rəqəmsal ekosistemin inkişafı isiqamətində görülən işləri diqqətə çatdırıb. Vurğulanıb ki, makroiqtisadi və siyasi sabitlik, əlverişli biznes mühiti Azərbaycanın investisiya cəlbediciliyini şərtləndirən əsas amillərdir. Bununla belə, işgüzar şəraitin daha da yaxşılaşdırılması tədbirləri davam etdirilir. Nazir qeyd edib ki, Vətən müharibəsində qazanılan tarixi Qələbə ilə yeni reallıqlar və inkişaf üçün əlavə imkanlar yaranıb. Hazırda azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri həyata keçirillir.

Sonda İqtisadiyyat naziri Atlantik Şurası Millennium Liderlik Proqramının məzunlarını maraqlandıran sualları cavablandırıb.