Azərbaycanda cari ilin yanvar-sentyabr aylarında avtomobil benzinin istehsalı 7,4 faiz artıb.
Dövlət Statistika Komitəsi bildirir ki, qeyd olunan müddət ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 282,0 milyon manat olmaqla, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 17,7 faiz artıb.
Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 92,2 faiz, sürtkü yağlarının
istehsalı 63,9 faiz, neft koksunun istehsalı 34,3 faiz, dizel yanacağının istehsalı 22,1 faiz, neft bitumunun istehsalı 9,3 faiz, yanacaq mazutunun istehsalı isə 23,6 faiz azalıb.