Home Cəmiyyət Fəxrəddin Altun: Biz Birlikdən Doğacaq Gücün Nə Olduğunu Qarabağ Zəfəri Zamanı Göstərdik

Fəxrəddin Altun: Biz Birlikdən Doğacaq Gücün Nə Olduğunu Qarabağ Zəfəri Zamanı Göstərdik

213
0
SHARE

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun jurnalistlərə açıqlamasında Türk Şurası Media Forumunda ilk iclası keçirilən Türkiyə-Azərbaycan Ortaq Media Platforması ilə bağlı fikirlərini bölüşüb.

 

Ötən ilin sonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Prezidentin köməkçisi Hikmət Hacıyevlə birlikdə platforma sazişini imzaladıqlarını xatırladan Altun platformanın anlaşma memorandumu ilə qurulduğunu və o gündən etibarən mexanizminin üzərində işləndiyini bildirib.

 

Yaradılmış işçi qrupunun iclasına Hikmət Hacıyevlə sədrlik etdiklərini qeyd edən F.Altun “Bu platforma əslində praktikada həyata keçirdiyimiz əməkdaşlığı qurumsallaşdırdığımız bir platformadır. İlk növbədə biz belə bir platformanın nələrə qadir olduğunu nümayiş etdirmiş və sınaqdan keçirmiş olduq. Dünən keçirdiyimiz işçi qrupunun iclasında ilk növbədə qurumsal potensialımızı qarşılıqlı olaraq necə artira biləcəyimiz haqqında danışdıq. Bu işçi qrupu iki ölkənin media və kommunikasiya sahəsindəki qabaqcıl qurumların təmsilçilərindən ibarət bir qrupdu. Qurumlarımızın bir-biriylə daha çox ünsiyyət qurmasını necə təmin edə biləcəyimizlə bağlı yol xəritəsi üzərində işlədik. Konkret layihələrin üzərində dayandıq. Bundan əlavə, 6 sahədə iş komitələri yaratdıq. Bu iş komitələri ilə birlikdə qarşıdakı dövrdə daha konkret layihələr həyata keçirmək imkanı əldə edəcəyik”, – deyib.

 

Platformanın yaşaması və qurumsallaşması baxımından əhəmiyyətli olan Qanunvericilik və Tənzimləmə Komitəsinin həyata keçirildiyini vurğulayan Altun sözlərinə belə davam edib: “Bu, son dərəcə əhəmiyyətli bir komitədir, çünki bu mexanizmi düzgün bir şəkildə qurarsaq, Türk Şurasına üzv bütün dövlətlərin, Orta Asiyadakı türk cümhuriyyətlərinin bu ortaq platformaya öz töhfəsini verə biləcəyinə inanırıq. Bu, Türkiyə və Azərbaycan arasında ortaq media platformasıdır, lakin biz Türk Şurasına üzv bütün dövlətləri bu platformaya dəvət edirik. Biz bu birlikdən doğacaq gücün nə olduğunu Qarabağ zəfəri zamanı göstərdik.”

 

Digər işçi komitələrinin də əhəmiyyətindən bəhs edən Altun eyni zamanda Beynəlxalq Media Komitəsinin funksiyası haqqında məlumat verib.

 

“Beynəlxalq Media Komitəsi ilə birlikdə beynəlxalq medianın, Azərbaycan və Türkiyə ilə birlikdə ictimaiyyətin düzgün məlumatlandırılması, digər tərəfdən dezinformasiyaya qarşı güclü bir şəkildə mübarizə aparılması nöqtəsində tez bir zamanda hərəkətə keçirilməsi və məlumatlandırılması üçün sözü gedən komitənin işləməsini nəzərdə tuturuq. Yeni başlamağımıza baxmayaraq qurumlarımızın çox yaxın, səmimi qarşılıqlı əlaqələri var. Güclü qurumsal imkanlara sahibik. Bunları birləşdirdiyimiz zaman yeni bir sinerji ortaya çıxacaq. Biz buna inanırıq. Prezidentimizin və cənab Prezident İlham Əliyevin bu məsələdəki siyasi qətiyyəti və iradəsi qarşımıza çox aydın bir hədəf qoyur. Bu hədəfi həyata keçirmək üçün media və kommunikasiya sahəsində ciddi səy göstərəcəyik.

 

Qarabağ zəfəri bizə daha bir şey göstərdi. Biz təkcə meydanda deyil, birlikdə olduğumuz zaman kommunikasiya sahəsində də qalib gəlirik. Bunun son təzahürü olaraq bu qurumsal struktur ortaya çıxacaq. Bir daha bu kontekstdə çağırış etmək istəyirəm. Birlik, bərabərlik içində olsaq, türk dünyası olaraq bizə qarşı aparılan dezinformasiyaya qarşı çıxa bilərik. Dünya ictimaiyyətini və öz ictimaiyyətimizi doğru şəkildə məlumatlandıra bilərik. Beləliklə, türk dünyası və ölkələrimizlə bağlı qarşıtlığı sistemli şəkildə idarə edən aktyorlara qarşı da əsl mübarizə aparılar. Əslində müdafiədə deyil, hücumda ünsiyyət yanaşması ilə hərəkət edilə bilər. Bu çərçivədə sona qədər əlimizdən gələni edəcəyik”, – deyə o bildirib.