Home Cəmiyyət Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman...

Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır

242
0
SHARE

Bu gün Füzuli Beynəlxalq Hava limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında bildirib.

“Bu onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır. Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam etdi. Səkkiz ay ərzində beynəlxalq hava limanı inşa edildi və bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak etmişlər. Yəni, bu, bizim birgə uğurumuzdur”, – deyə dövlətimizin başçısı vurğulayıb.