Home Cəmiyyət Rəcəb Tayyib Ərdoğan: İşğaldan azad edilən bölgələrin qısa müddətdə sürətlə inkişaf etdirilməsi...

Rəcəb Tayyib Ərdoğan: İşğaldan azad edilən bölgələrin qısa müddətdə sürətlə inkişaf etdirilməsi hər siyasətçinin işi deyil

262
0
SHARE

Bu gün etdiyimiz səfər zamanı Azərbaycandakı işğaldan azad edilən bölgələrin qısa müddətdə necə dirçəldiyini, necə sürətlə inkişaf etdiyini görürük. Bu hər igidin, hər siyasətçinin işi deyil.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında bildirib.

Türkiyə Prezidenti deyib ki, bu qədər qısa müddətdə bu investisiyaları yatırmaq və bu işləri həyata keçirmək buralardan ayrılmağa məcbur qalmış azərbaycanlı qardaşlarımıza bir müjdədir. “İnanıram ki, azərbaycanlı qardaşlarım ən qısa müddətdə son dərəcə gözəl bir şəkildə inşa edilən, bərpa olunan bu yerlərə qayıtmaq imkanı əldə edəcəklər”, – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.