“Son bir ilin ən qürurverici anlarından biribudur ki, dövlət başçısı, Müzəffər Ali BaşKomandan İlham Əliyevin qətiyyəti, rəşadətliAzərbaycan Ordusunun gücü, qüdrəti sayəsindəAllaha şükürlər olsun ki, artıq torpaqlarımızınişğal günlərini deyil, işğaldan azad olunduqlarıtarixləri qeyd edirik. Tarixi Zəfərimizin birinciildönümünün tamamına– 8 noyabr 2021-ci iltarixinə doğru irəlilədiyimiz hər gün bizim üçünZəfər Günüdür. Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Qarabağın tacıŞuşamızın, bunlarla yanaşı, 5 qəsəbənin, 300-ə yaxın yaşayış məntəqəsinin, stratejiyüksəkliklərin, həmçinin Ağdamın, Kəlbəcərin, Laçının işğaldan azad olunduqları günləri dənəzərə alsaq 27 sentyabr tarixindən başlananZəfər yolumuzun hər addımı bir Qələbə, qürursəhifəsidir. Prezident İlham Əliyevin Qubadlırayon ictimaiyyətinin nümayəndələri iləgörüşündə xüsusi qeyd etdiyi kimi, şanlıQələbədən danışarkən, ilk növbədə, əzizşəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizbizim qəlbimizdə əbədi yaşayacaqlar. Azərbaycan xalqı, indiki və gələcək nəsillərhəmişə şəhidlərimizlə fəxr edəcəklər. Bu baxımdan Qubadlı rayonunun sakini, MilliQəhrəman Şükür Həmidovun həyat və döyüşyolu gənclərimiz üçün nümunədir.”
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasielmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, torpaqlarımızınişğaldan azad edildiyi tarixlər Zəfər səhifəmizolmaqla yanaşı, hər bir ərazinin düşməntapdağından təmizlənməsi digər torpaqlarımızınazadlığa qovuşmasına yol açdı: “Qubadlı azadolunandan sonra Laçın istiqamətində yolumuzaçıldı. Bir neçə gündən sonra Laçının cənubhissəsində yerləşən kəndlər azad edildi. Laçındəhlizi nəzarətə götürüldü. Dövlət başçısınınvurğuladığı kimi, artıq müharibənin taleyi həlledilmişdi, baxmayaraq ki, Şuşa uğrunda şiddətlidöyüşlər qabaqda idi. Vətən müharibəsinin başlandığı ilk gündə 4 kəndin işğaldan azadolunması xalqımızda 30 ilin torpaq həsrətinəson qoyulacağına böyük inam yaratdı və hər gündövlət başçısı, Müzəffər Ali Baş Komandandan zəfər xəbərlərini eşitməyə ümidlərimizi artırdı.Zəfər yürüşünün uğurla davam etdirilməsinəticəsində noyabrın 8-də Şuşada 28 ildən sonrailk dəfə Azərbaycanın dövlət bayrağı ucaldıldı. Möhtərəm Prezidentimizin bəyan etdiyi kimi, düşmən Şuşanı erməniləşdirmək, bu müqəddəsməkandan Azərbaycan xalqının irsini silməkistəyirdi. Ancaq buna nail ola bilmədi. Şuşavandalizmə məruz qaldı, tarixi abidələrimizmənfur düşmən tərəfindən dağıdıldı, ancaq Şuşaəyilmədi, sınmadı, öz ləyaqətini, Azərbaycanınmilli ruhunu qorudu. Şuşa bizi gözləyirdi, biz də gəlməli idik və artıq gəlmişik.
Təbii ki, bu ülvi məqsədə nail olmaq üçünAzərbaycan bütün sahələrdə gücləndi, qüdrətləndi, münaqişənin həlli məqsədiləmöhkəm hüquqi baza yaradıldı. Dövlət başçısıən yüksək beynəlxalq tribunalardan bəyan etdiki, bizim imitasiya naminə danışıqlar aparmaqfikrimiz yoxdur. Sülh danışıqları səmərəverməyəcəyi təqdirdə hərb yolu istisna edilmir. Ali Baş Komandanın bu bəyanatı sözsüz ki, ordumuzun gücünə, eyni zamanda, beynəlxalqhüququn norma və prinsiplərinə söykənənsiyasətimizə əsaslanırdı. Otuz ilin işğalına 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizləson qoyduq.”
YAP Xətai rayon təşkilatının sədri dövlətbaşçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş torpaqlara səfərlərizamanı ictimaiyyət nümayəndələri iləgörüşlərinin, səmimi söhbətlərinin xalqımızdaböyük rəğbət hissi yaratdığını xüsusi qeyd edib: “Prezident İlham Əliyev ictimaiyyətnümayəndələri ilə hər bir görüşündə diqqətiişğal dövründə məcburi köçkünlərlə görüşlərinəyönəldərək bildirir ki, o zaman onlardaümidlərin tükəndiyini görür, bundan çoxüzülürdüm. Artıq hər kəs başa düşürdü ki, Ermənistan bu məsələni danışıqlar yolu ilə həlletmək istəmir. “O görüşlər məndə bir daha o inamı gücləndirirdi ki, biz nəyin bahasınaolursa-olsun torpağımıza qayıtmalıyıq” söyləyən dövlət başçısı böyük qürur hissi iləvurğulayır ki, artıq o baxışlar, kədərli anlaryoxdur. Mənim üçün ən böyük mükafat keçmişköçkünlərin gözlərindəki sevincdir, qürurdur.”
“Artıq hər bir işğaldan azad olunmuş şəhərin, qəsəbənin, kəndin həyatında yeni dövr başlayıb” söyləyən Vüqar Rəhimzadə bildirib ki, butorpaqlar erməni vandalizminin, vəhşiliyininşahidləridir: “Bütün evlər, infrastrukturtamamilə dağıdılıb. Onların bərpası və yenidənqurulması üçün zaman lazımdır. Amma ölkəmizin iqtisadi və maliyyə imkanları bütünhədəflərə zamanında və yüksək səviyyədəçatmağa əsas verir. İşğaldan azad olunmuşşəhərlərin Baş planları hazırlanır, ictimaiyyətinmüzakirəsinə təqdim edilir. Dövlət başçısı bütünşəhər və kəndlərin ən müasir şəkildə bərpaolunmasını, həmin rayonların tarixi keçmişininBaş planda öz əksini tapmasını qarşıya əsasvəzifə kimi qoyub. Yol infrastrukturu yenilənir. İşğaldan azad edilmiş 3 rayonda beynəlxalqstandartlara cavab verəcək hava limanları inşaedilir. Artıq Qarabağın dünyaya açılan havaqapısı kimi dəyərləndirilən Füzuli BeynəlxalqHava Limanı bu gün istifadəyə verildi. Gələn ilZəngilan Beynəlxalq Hava Limanının istifadəyəverilməsi nəzərdə tutulur. MöhtərəmPrezidentimiz İlham Əliyevin və birinci xanımMehriban Əliyevanın Qubadlı rayonunasəfərləri çərçivəsində yeni yarımstansiyanınaçılışı oldu. Bu, işğaldan azad edilmiştorpaqlarda sayca yeddinci yarımstansiyadır. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci iləqədərki inkişaf dinamikasını özündə əks etdirir. Dövlət başçısı görülən işlər fonunda bir dahaAzərbaycan xalqının qurucu xalq olduğunu dünyaya çatdırdı.”
YAP Xətai rayon təşkilatının sədri müharibəbaşa çatsa da, tarixi Qələbəmizi həzm edəbilməyən revanşist qüvvələrin baş qaldırdığınada diqqəti yönəldərək bir daha bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azəbaycanıngücünü, qüdrətini, nəyə qadir olduğunu nümayişetdirdi. Azərbaycan həm döyüş, həm dəinformasiya meydanında işğalçı Ermənistana özgücünü göstərdi, tarixdə heç zaman unutmayacağı dərsi verdi. Heç kimin qarşısındabaş əyməyən xalq olduğumuzu bir dahatəsdiqlədik.