Home Cəmiyyət Arzu Nağıyev: Bu ola bilməz, olmayacaq da

Arzu Nağıyev: Bu ola bilməz, olmayacaq da

66
0
SHARE

Kərki və Qazağın 7 kəndi əvəzinə Başkənd?
Deputat Arzu Nağıyev Başkəndin geri qaytarılacağına heç bir halda inanmır: “Burada əsas məsələ budur ki, Putinə bu sual verən şəxs İranın nümayəndəsi idi. Bu sualın verilməsində ola bilsin ki, siyasi məqsədlər də var idi. Putinin cavabından məlum oldu ki, bu proseslərə hansısa kənar müdaxilə ola bilməz. Bu məsələ Rusiyanın köməkliyi ilə həll olunacaq. Burada məqam ondan ibarətdir ki, Paşinyan hakimiyyətə gələndən sonra Arxitektura və kartoqrafiya Komitəsini ləğv edib. Orada demilitasiya və demarkasiya ilə məşğul olacaq qurum yoxdur. Bu gün Azərbaycan və Ermənistan arasında bununla bağlı hər hansı bir komissiya yoxdur. Yəqin ki, sülh müqaviləsindən, Azərbaycanın ərazi bütövlüyü tanınandan sonra bu məsələyə qayıdılacaq. İndi hansı xəritəyə, hansı ilin xəritəsinə istinad ediləcək, bu artıq ikinci məsələdir. Düşünmürəm ki, hansısa anklavın verilib, yaxud alınmasından söhbət gedə bilər. Burada söhbət Zəngəzur dəhlizindən, Qazağın 7 kəndindən gedir ki, haradan o kommunikasiyalar keçəcək. Başkənd və digər anklavlara istinad edə bilməzlər. Hər ehtimala qarşı onu qeyd etmək istəyirəm ki, ərazi mübadiləsi məsələsi ortaya çıxsa belə, hər hansı bir Azərbaycan torpağının onlara verilməsindən söhbət gedə bilməz. Gədəbəy, Qazax kimi yerlərdə olan ərazilərdə vaxtilə əkin-biçin sahəsi olsa da, tikinti işləri ilə həmin yerləri erməniləşdirmə prosesi aparılıb. Bütün bunlar o demək deyil ki, həmin ərazilər Ermənistana məxsus torpaqdır. Həmin ərazilər əzəli Azərbaycan torpaqlarıdır. O ərazilərə istinad olunsa, böyük yüksəkliklər göstəriləcək. Xəritələrdə yüksəkliklərdən söhbət gedir. Azərbaycanın tərkibində olan kəndlərin verilməsi çox absurd bir məsələ olardı. Bu ola bilməz və olmayacaq da…”