Home Cəmiyyət Azərbaycanda 2 261 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

Azərbaycanda 2 261 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

262
0
SHARE

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 261 yeni yoluxma faktı qeydə alınıb, 1 805 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 531 370 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 494 179 nəfər müalicə olunaraq sağalıb, 7 074 nəfər vəfat edib, aktiv xəstə sayı 30 117 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 697, ötən müddət ərzində isə ümumilikdə 5 195 536 test aparılıb.