Home Cəmiyyət Milli Məclisin deputatı Arzu Nağıyev seçicilər və şəhid ailələri ilə görüş keçirmişdir

Milli Məclisin deputatı Arzu Nağıyev seçicilər və şəhid ailələri ilə görüş keçirmişdir

351
0
SHARE
Milli Məclisin deputatı Arzu Nağıyev 28 oktyabrda 44 günlük Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Tovuz rayonunun Alakol kəndindən olan Şəhid Hüseynov Cavid Hümbət oğlunun, Tovuz rayonunun Çeşməli kəndindən olan Şəhid Bədəlov Oktay Ələddin oğlunun və Tovuz rayonunun Çatax İnzibati Ərazi Dairəsi üzrə Şıxheybət kəndindən olan Şəhid Nəbiyev Cilingir Azad oğlunun il mərasimlərində iştirak etmişdir. Deputat daha sonra Tovuz rayonunun Əsrik Cırdaxan kəndindən olan Şəhid Hüseynov Əfşan Əbülfəz oğlunun və Tovuz rayonunun Aran Yanıqlı kəndindən olan Şəhid Heydərov Vasif Nazim oğlunun ailələrini ziyarət etmiş və onları maraqlandıran suallara aydınlıq gətirilmişdir.