Home Biznes və iqtisadiyyat xəbərləri Dərman vasitələrinin yenidən qeydiyyatı üçün rüsum tutulacaq

Dərman vasitələrinin yenidən qeydiyyatı üçün rüsum tutulacaq

247
0
SHARE

Azərbaycanda dərman vasitələrinin və maddələrinin yenidən dövlət qeydiyyatı üçün dövlət rüsumu tutulacaq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna bununla bağlı dəyişiklik təklif olunur.

Qanuna dəyişikliyə əsasən, dərman vasitələrinin və maddələrinin yenidən dövlət qeydiyyatı üçün dövlət rüsumu 100 manat müəyyən edilir.

Bununla yanaşı dərman vasitələrinin və maddələrinin qeydiyyat sənədlərində dəyişikliklərin dövlət qeydiyyatı üçün 50 manat rüsum müəyyən ediləcək.