Home Cəmiyyət Gürcüstanda Azərbaycanın Zəfər Günü qeyd olunacaq

Gürcüstanda Azərbaycanın Zəfər Günü qeyd olunacaq

236
0
SHARE

Milli Məclisin deputatı Arzu Nağıyev noyabrın 3-dən 6-na kimi Gürcüstanda səfərdə olacaq.

Deputatımız Tbilisi şəhərində Azərbaycan səfirliyinin təşkilatçılığı ilə Zəfər Gününə həsr edilmiş tədbirlərə qatılacaq.

Tədbirlərdə Azərbaycan tarixinin ən möhtəşəm hadisələrindən biri olan Zəfər Günü anılacaq, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı işğaldan azad edərkən şəhid olmuş Vətən övladlarının əziz xatirəsi ehtiramla yad ediləcək.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi