Home Cəmiyyət Tbilisidə Gürcüstan əsilli Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anılıb (FOTO-VİDEO)

Tbilisidə Gürcüstan əsilli Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anılıb (FOTO-VİDEO)

268
0
SHARE

Paytaxt Tbilisidə Gürcüstan əsilli Birinci və İkinci Qarabağ müharibəsində həlak olan 22 şəhidin xatirəsi anılıb. 24News.ge xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutan mərasimdə ilk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sukutla yad edilib. Mərasimdə Azərbaycan və Türkiyə səfirləri Faiq Quliyev, Fatma Ceren Yazqan, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Arzu Nağıyev, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov, Marneuli meri Kənan Ömərov, deputatlar Zaur Darğallı və Savalan Mirzəyev, şəhidlərin ailə üzvləri, azərbaycanlı icmanın üzvləri, iş adamları və digər şəxslər iştirak ediblər. Səfir F.Quliyev çıxışında bildirib ki, qələbəni Azərbaycan xalqına məs bu gün yad edilən şəhidlər qazandırıb və təşkil olunan tədbirin əsas məqsədi də Zəfər günü ərəfəsində qəhrəman şəhidlərin yad edilməsidir. Faiq Quliyev həmçinin, müharibə zamanı dünyada yaşayan azərbaycanlıların xüsusən də Gürcüstandakı soydaşlarımızın göstərdikləri dəstək və həmrəyliyə görə minnətdarlığını ifadə edib. Diplomat həmçinin səfirliyin sifarişi ilə Gürcüstan əsilli şəhidlər haqqında sənədli filmin lentə alındığını və bu çəklişlərdə xüsusi əməyə görə, 24News.geVNV prodakşın ailəsinə təşəkkürünü bildirib. Səfir qeyd edib ki, yaxın zamanlarda şəhidlərin ömür yolundan bəhs edəcək kitab da çap ediləcək. Mərasimdə çıxış edən Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Vətən uğrunda verilən canların bundan sornakı övladlara can verəcəyini bildirib. Xanım diplomat çıxışının sonunda şəhidlər üçün, bir neçə şeir misrası deyib: “Bayraqları bayraq edən üstündəki qandır, topraq uğurunda əyər ölən varsa vətəndir”. Baş tutan tədbirdə Mahir Məmmədov çıxış edərək, Azərbaycan Ordusunun qəhramanlığından və Gürcüstanın 44 günlük müharibə zamanı Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirib. Daha sonra mərasimdə Azərbaycan və Gürcüstan parlamentlərinin millət vəkilləri Arzu Nağıyev və Zaur Darğallı, bu cür önəmli bir tədbirin baş tutmasında əməyi olan Azərbaycanın Gürcüstandakı səfirliyinə xüsusi təşəkkür ediblər. Mərasimdə səfirlik adından ehsan verilib və din xadimi Hacı Rahid Kərimov müqəddəs Qurani Kərimdən şəhidlərin ruhuna ayələr zikr edib. Qeyd edək ki, tədbirin sonunda Gürcüstan əsilli şəhidlərin həyatından bəhs edən sənədli film, azərbaycanlı rəssamların çəkdiyi şəhidlərin portretləri və “Azərmarka” MMC-də hazırlanan poçt markaları şəhidlərin yaxınlarına təqdim olunub.