Home Cəmiyyət Deputat Elşad Mirbəşiroğlu şəhid bulağının açılışında

Deputat Elşad Mirbəşiroğlu şəhid bulağının açılışında

307
0
SHARE

Deputat Elşad Mirbəşiroğlu 07 noyabr 2021-ci il tarixdə Göygöl rayon Qızılqaya qəsəbəsində Şəhid Bayramov Həsən Bəhrəm oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi üçün tikilən bulağın açılışında iştirak etmişdir. Açılışda deputat Elşad Mirbəşiroğlu Vətən müharibəsində qazandığımız möhtəşəm qələbənin məhz şəhid və qazilərimizin, mərd vətən oğullarının igidliyi sayəsində, cənab Prezident İham Əliyevin atdığı qətiyyətli siyasi addımların, xalq və hakimiyyət vəhdətinin sarsılmaz gücü nəticəsində qazanıldığını vurğuladı. Açılışda Şəhidin doğmaları və döyüş yoldaşları şəhid haqqında ürək dolusu və qürurla danışdılar. Göygöl şəhidi Bayramov Həsən Bəhrəm oğlu 1992-ci ilin avqust ayında Göygöl şhərində anadan olub, 2020-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlayıb. Laçın rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuş Həsən Bayramov ölkə Prezidentinin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.