Home Cəmiyyət Deputat Elşad Mirbəşiroğlu şəhidin anım günündə

Deputat Elşad Mirbəşiroğlu şəhidin anım günündə

327
0
SHARE

Deputat Elşad Mirbəşir oğlu 6 noyabr 2021-ci il tarixdə Göygöl rayon Qızılqaya qəsəbəsində Şəhid Bayramov Elcan Qoşqar oğlunun anım günündə iştirak etmişdir. Anım günündə rayon ictimaiyyəti, rayondakı idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və qazilər iştirak etmişdir. Göygöl Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunmuş, ruhuna dualar oxunmuş və vətən uğrunda canından keçmiş igid oğulların məzarlarına gül çiçək dəstələri düzülmüşdür. Anım mərasimində deputat Elşad Mirbəşiroğlu Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədən danışaraq, qələbənin şəhid və qazilərimizin, mərd vətən oğullarının igidliyi sayəsində, cənab Prezident İlham Əliyevin uzaqgörən və ağıllı siyasətinin nəticəsində qazanıldığını vurğuladı. Bu zəfər tarixində xalqla hakimiyyətin vəhdətinin, sarsılmaz birliyin və gücün əhəmiyyətindən danışan deputat bu gün də milli maraqlarımızı hər şeydən üstün tutan bir Liderin rəhbərliyi altında daha güclü bir Azərbaycan naminə igid və mərd vətən övladlarının yetişdiyi bu ölkənin daha da işıqlı gələcəyə doğru addımladığını qeyd etdi. Mərasimdə adı şanlı zəfər tarixinə yazılmış Göygöl şəhidi Bayramov Elcan Qoşqar oğlunun həyat və döyüş yolundan da danışılıb. 2001-ci ilin avqust ayında anadan olmuş şəhid Elcan Bayramov ölkə Prezidentinin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub. Şəhidin doğmaları və döyüş yoldaşları şəhid haqqında ürək dolusu və qürurla danışıblar. Mərasimdə şəhid ailələri və qazilər hər zaman dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduqlarını hiss etdikləri üçün minnətdarlıqlarını çatdırıblar. Deputat bundan sonra da hər zaman şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı göstəriləcəyini əminliklə vurğulamışdır.