8 noyabr-Zəfər günü münasibətilə Qusar rayonda təntənəli bayram tədbirləri keçirildi. Bayram mərasimi Ulu Öndər Heydər Əliyevin abidəsinə gül qoymaqla başlandı. Sonra şəhidlər xiyabanındakı ucaldılmış abidəyə gül qoyaraq şəhid məzarları ziyarət olundu, mərkəzi meydanda təşkil olunmuş sərgi-konsert tədbirində iştirak edildi və yeni yaradılacaq şəhidlər parkında ağac əkməklə tədbir davam etdirildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaşasın müstəqil, ərazi bütövlüyü təmin olunmuş qalib Azərbaycan!Yaşasın Zəfərimizin əsas qəhrəmanı Müzəffər Ali Baş Komandan İlham Əliyev! Eşq olsun rəşadətli Azərbaycan Ordusuna! Bayramınız mübarək!