Home Cəmiyyət Azərbaycanın haqlı zəfərinin coşqusunu bölüşürük – Mustafa Şentop

Azərbaycanın haqlı zəfərinin coşqusunu bölüşürük – Mustafa Şentop

239
0
SHARE

Dost və qardaş Azərbaycan xalqını türk milləti və öz adımdan təbrik edirəm. “İki dövlət, bir millət” şüarı ilə əlaqələrimizi davam etdirdiyimiz Azərbaycanın haqlı zəfərinin coşqusunu bölüşürük.

Bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə ünvanladığı təbrik məktubunda qeyd edilib.

M.Şentop bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan 44 gün ərzində tarix yazıb və 30 il davam edən işğala son qoyub:

“Bu haqlı mübarizə nəticəsində 8 noyabr 2020-ci il tarixində hamımız üçün böyük mənaya sahib olan Şuşa işğaldan azad edilib, Azərbaycan döyüş meydanında qazandığı zəfəri 9 noyabrda imzalanmış üçtərəfli bəyanatla taclandırıb. Vətən müharibəsində şəhadətə yüksələn əziz qəhrəmanlarımızı rəhmət və hörmətlə yad edirik”.