Home Biznes və iqtisadiyyat xəbərləri Elə rüsumlar var ki, 2007-ci ildən bəri müzakirə edilməyib – Nazir

Elə rüsumlar var ki, 2007-ci ildən bəri müzakirə edilməyib – Nazir

303
0
SHARE

Elə rüsumlar var ki, 2007-ci ildən bu bəri onların müzakirəsi aparılmayıb. Hesab edirəm ki, vaxtaşırı dövlət rüsumlarına baxılmalıdır.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bu gün Azərbaycanda tütün və alkoqol üçün nəzərdə tutulan rüsumlar dünya ilə müqayisədə aşağıdır.

O qeyd edib ki, heç bir ərzaq məhsulunun rüsumunda artım yoxdur. Ərzaq məhsullarının qiymətinə təsir edəcək dövlət rüsumlarında artım yoxdur.