Home Biznes və iqtisadiyyat xəbərləri 2022-ci ilin dövlət büdcəsi müstəqillik tariximizin ən böyük büdcəsidir – Əli Hüseynli

2022-ci ilin dövlət büdcəsi müstəqillik tariximizin ən böyük büdcəsidir – Əli Hüseynli

211
0
SHARE

2022-ci ilin dövlət büdcəsi 30 illik müstəqillik tariximizin ən böyük büdcəsidir.

Bunu Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında büdcə müzakirələri zaman deyib.

Ə.Hüseynli bildirib ki, Azərbaycan həm Vətən müharibəsi zaman, həm vətən müharibəsindən sonra böyük vəsaitlər xərcləsə də, hazırki büdcənin həcmi Azərbaycan dövlətinin nə qədər qüdrətli olmasının bariz nümunəsidir.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri, rəsmi proqnozlara əsasən, 2021-ci illə müqayisədə 5,4 faiz artaraq 26,82 milyard manat təşkil edəcək.

Dövlət büdcəsinin xərcləri isə gələn il 29,89 milyard manata bərabər olacaq. Bu, 2021-ci illə müqayisədə 4,7 faiz çoxdur.