Deputat Elşad Mirbəşiroğlu Göygöl Gənclər Evinin təşkilatçılığı ilə Türkiyə-Azərbaycan qardaşlıq və dostluq münasibətlərinə həsr olunmuş “Bir Millət, İki Dövlət” adlı tədbirdə iştirak etmişdir. Tədbirdə Türkiyə Respublikasının Gəncə şəhər Baş konsulu Zeki Öztürk, Göygöl rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə İbrahimova, məktəb direktorları və müəllimləri, rayon ictimaiyyəti, həmçinin 1 ci və 2-ci Qarabağ müharibəsi veteranları iştirak etmişdir.